Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-06-2014, 12:37)
Mətbuat Şurası niyə susur?

Rauf Arifoğlu: "Jurnalistin həbsini tələb etmək son dərəcə yolverilməz haldır".

 

 
"Məmurların jurnalistlərin həbs olunması tələbi ilə məhkəmələrə müraciət etməsi KİV haqqında qanunun mahiyyətinə, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycanın qoşulduğu konvensiyalara ziddir".
Bu sözləri «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu son zamanlar mətbu orqan rəhbərlərinin ayrı-ayrı məmurlar tərəfindən xüsusi ittihamla məhkəməyə verilməsinə münasibət bildirirkən söyləyib.
Rauf Arifoğlu bildirib ki, təyinatı üzrə məhkəmə şikayətlərini icraata götürən məhkəmələr əslində mediaya qarşı bir icra hakimiyyətinin, icra strukturlarının əlində silaha çevrilir: 
"Zaman-zaman müstəqil mediya bu fəsadlı halların əziyyətini çəkməkdədir. Bu baxımdan məhkəmələrin şikayətləri qanunsuz olaraq icraata götürsməsini çox neqativ dəyərləndirirəm. Məmurların mətbuat orqanlarının rəhbərlərinə xüsusi ittiham qaydası ilə məhkəmələrə müraciət etməsi, jurnalistlərin həbsini tələb etməsi, ölkədə məmurların söz azadlığına basqısı kimi dəyərləndirilə bilər. Çünki, Azərbaycan Respublikasında informasiya haqqında qanun qəbul olunmayıb. İndi məlum olur ki, məmurlar informasiya əsasında yəni, jurnalistlərin yazdığına görə qərəzli olaraq həbs tələbi ilə məhkəməyə müraciət edə bilirlər. Bu da KİV haqqında qanunun mahiyyətinə, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycanın qoşulduğu konvensiyalara tamamilə ziddir. Bu mətbuat və söz azadlığına qarşı yolverilməz haldır və pislənilməlidir. Jurnalistin həbsini tələb etmək doğru hal deyil və son dərəcə yolverilməz haldır".
Niyaməddin
pia.az
Redaksiyadan: Qeyd edək ki, son zamanlar mətbuata qarşı məmurların səlib yürüşü başlayıb. Bir neçə sayt rəhbəri əsassız olaraq ayrı-ayrı məmurlar tərəfindən xüsusi ittihamla məhkəmyə verilib. Həmin sayt rəhbərləri arasında  «Gunxeber.com» saytının baş redaktoru Zabil Müqabiloğlu, «AzNews.az» saytının baş redaktoru Elçin Zahiroğlu və «Poliqon» İnformasiya Agentliyinin (pia.az) rəhbəri Azər Qaramanlı da var. Onu da xatırladaq ki, hər şeydən əvvəl bu məhkəmə iddiaları təyinatı üzrə verilməyib və həmin məhkmələrin bu işləri icraata alınması qanunvericiliyin kobud şəkildə pozulmasıdır.
Maraqlıdır ki, məmurların mətbu orqanlara qarşı təzyiqlərini Mətbuat Şurası tam sükutla qarşılayır. PİA.AZ-ın əməkdaşı yaranmış vəziyyətllə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovdan və bir neçə digər MŞ üzvündən açıqlamağa almağa çalışıb. Əməkdaşımız MŞ sədri Əflatun Amaşova və bir neçə MŞ üzvünə aşağıdakı sualları ünvanlayıb:
1. Məhkəmələrin aidiyyatı olmadan mətbuat nümayəndələri ilə bağlı şikayətləri icraata almasını Mətbuat Şurası necə dəyərləndirir? 
2. Mətbuat Şurası bu qanunsuzluğa öz etirazını bidirəcəkmi? 
3. Sözə görə jurnalistlərin həbsini tələb etmək ölkədə məmurların söz azadlığına basqısı kimi dəyərləndirilə bilər? 
4. Ümumiyyətlə sözə görə jurnalistlərin həbsini tələb etmək nə qədər doğrudur?
Çox təəssüflə qeyd etməyliyk ki, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlundan başqa digər Mətbuat Şurası üzvləri suallarımızı cavablandırmaqdan yayınıb. Mətbuat Şurasının əsas vəzifəsinin məbu orqanların və jurnalistlərin hüquqlarını müdafiə etmək olduğunu diqqətə çəkərək qeyd etməyə məcburuq ki, Mətbuat Şurasının bu davranışı çox böyük təəssüf hissi doğurur. Hazırda yaranan mənzərə budur ki, Mətbuat Şurası mətbuatın yanında deyil, məmurların yanında yer alır və bəzən isə, məmurların əlində jurnalistlərə qarşı basqı alətinə çevrilir.
Xatırladaq ki, Mətbuat Şuasının sədri Əflatun Amaşov hələ bir həftə əvvəl «Yeni Müsavat» qəzetinin əməkdaşına yaranmış vəziyyətlə bağlı geniş açıqlama ilə çıxış edəsəyini bildirsə də, hələ də bu açıqlama verilməyib.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024