Dünya (21-08-2015, 19:27)
Rusiyada iki təyyarə təcili eniş etdi- Bir sərnişin öldü
Rusiyada xarici hava yollarına aid iki təyyarə fərqli səbəblərlə Moskva və İrkutsk hava limanlarına təcili eniş etmək məcburiyyətində qalıb.
Boeing-777 tipli Air France hava yollarına aid Tokyo-Paris təyyarəsi 33 yaşlı bir fransız qadının özünü pis hiss etməsi səbəbi ilə Moskva Beynəlxalq Şeremetyovo Hava Limanına təcili eniş edib.
Şirkət hadisə ilə bağlı açıqlama yayıb:
"Pilotlar səfəri yarıda kəsərək Moskvaya təcili eniş etdi. Lakin həkimlər təyyarəyə girdiyində sərnişin artıq həyatını itirmişdi. Ana və atası yanında idi. Onlar təyyarədən enib Moskvada qaldı”.
İkinci hadisə da Sibir bölgəsində, İrkutsk Beynəlxalq Hava Limanında yaşanıb. Boeing-787 tipli British Airways hava yollarına aid Seul-London təyyarəsinin pilotları İrkutska təcili eniş etmək məcburiyyətində qalıb. Pilotlar təyyarədə tüstünün çıxdığını səbəb göstərib. İrkutsk hava limanında təyyarə nəzarətə götürülüb, dumanın bir sərnişinin telefonundan çıxdığı təsbit edilib.