Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (2-04-2015, 17:11)
9 azərbaycanlı Səna aeroportunda təyyarə gözləyir

“Yəməndə yaşayan 9 azərbaycanlı Səna şəhərinin hava limanında ölkədən çıxarılmasını gözləyir” 

 

Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eyni zamanda Yəməndə akkreditə olunan səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.
Onun sözlərinə görə, martın 31-də onların “Türkiyə Hava Yolları” vasitəsilə Cibutiyə uçması təxirə salınıb: “Təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanı buna icazə vermədi. Çünki təyyarə vurula bilərdi. Bu gün Türkiyə tərəfi saat 12:00-da təkrar təyyarə göndərərək, onların Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə, daha sonra İstanbula uçacağını bildirmişdi. Lakin bu məsələ də Efiopiya tərəfinin icazəsi olmadığından qalıb. 
Hazırda 9 Azərbaycan vətəndaşı hava limanında gözləyir. Rusiya tərəfi də Azərbaycan vətəndaşlarının təxliyə edilməsi ilə bağlı kömək edə biləcəyini deyib. Lakin vətəndaşları çox olduğu üçün Rusiya əvvəlcə öz vətəndaşlarını, aprelin 4-də isə Azərbaycan vətəndaşlarını çıxarmağı planlaşdırır. Ya Türkiyə, ya da Rusiya vasitəsilə onların təxliyə olunması planlaşdırılır”.
 
Konsul bildirib ki, 9 nəfər konsulluq qeydiyyatında olmayan şəxslərdir və onlarla müxtəlif vasitələrlə əlaqə saxlanılıb: “Rəsmi konsulluq qeydiyyatında olan 3 soydaşımız onların arasında deyil. Onlar Ədən şəhərində yaşadıqları və orada sakitlik olduğu üçün çıxmaq istəmirlər”.
 
Emil Qurbanzadə bildirib ki, qeydiyyatda olmayan digər şəxslərlə bağlı səfirlikdə “qaynar xətt” fəaliyyət göstərir və onlar istənilən vaxt Yəməndən çıxmaqla bağlı müraciət edə bilərlər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024