Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (2-04-2014, 15:00)
İki adam öldürən məmur oğlu 100 min dollarlıq yarışa çıxıbmış

Xalid Mədətovun qudurğanlığı onun diplomat qardaşının da karyerasına son qoydu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun “Mercedes Galendewagen AMG63” markalı avtomobillə Zığ-aeroport yolunda törətdiyi, iki nəfərin ölümü, üçünün yaralanması ilə nəticələnən dəhşətli qəza ilə bağlı virtualaz.org saytına yeni məlumatlar daxil olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki mənbədən məlum olub ki, harın məmur oğlu əslində həmin gün daha bir neçə nəfər özü kimi qudurğan zəngin balaları ilə hərəyə 10 min manatdan atışaraq avtomobil yarışı təşkil ediblər.
Məlumata görə, Xalid Mədətov və dostları (cəmi 8 nəfər) şəhərin mərkəzindəki elit restoranların birində yaxşıca yeyib-içdikdən sonra kimin daha bərk maşın sürməsi məsələsi üstündə bəhsə giriblər. Mübahisə zamanı belə ideya ortaya atılıb ki, kimin daha bərk sürdüyünü və kimin maşınının daha sürətli olduğunu sübut etmək üçün ortaya pul qoyub yarış təşkil etmək lazımdır. Yarışın şərtlərinə görə, hər bir iştirakçı 10 min manat pul qoyaraq “mükafat fondu” yaradıblar. Zığ şossesi (beton yol kimi tanınır) ilə şütüyərək Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna birinci çatan “qonşik” 80 min manatlıq uduşa da sahib olmalı idi.
X.Mədətovun digər 7 qudurğan dostunun adları hələlik məlum olmasa da onların da “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavininin oğlu kimi yüksək vəzifəli şəxslərin uşaqları olduğu bildirilir. Həmin harın balalar da X.Mədətov kimi qiyməti yüz minlərlə manat olan superkarlarda - “Mercedes McLaren”, “Mercedes Benz SLK”, “Porsche Panamera”, sonuncu model “Audi” və s. markalı maşınlarda yarışa çıxıblar. Söhbət hər birinin qiyməti 200-250 min manat olan maşınlardan gedir.
Hamısı bərk sərxoş olan yarış iştirakçıları gecə saat 1 radələrində Zığ şossesi ilə vəhşi sürətlə hərəkətə başlayıblar. X.Mədətovun “Galendewagen”i digər iştirakçıların maşınlarından bir azca geri qalıb. Oğul Mədətov yarışı udmaq üçün sürəti daha da artırıb və avtomobilin sürəti saatda 240 kilometrə çatıb.
Ancaq “Galendewagen” idarəetməni itirib və arxadan dəhşətli zərbə ilə xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin idarə etdiyi, içərisində sənətkarın ailə üzvləri, o cümlədən azyaşlı nəvəsi olan “VAZ-2106”-ya çırpılıb. Zərbənin təsirindən “Jiquli” darmadağın olub, “Galendewagen” isə şosse yolunu ayıran dəmir arakəsmələrə çırpılaraq dayanıb.
Qəzadan bir neçə dəqiqə sonra yarışın digər iştirakçıları öz superkarlarında geri qayıdaraq hadisə yerinə çatıblar və X.Mədətovu maşından çıxarıblar. Daha sonra onlar X.Mədətovu da götürərək hadisə yerindən uzaqlaşıblar.
Şahidlərin qəza yerindən mobil telefonla çəkdikləri görüntülərdə də X.Mədətovun dostlarının bəzilərini görmək mümkündür.
Xatırladaq ki, böyük ictimai rezonans doğuran bu cinayət əməlindən sonra prezident İlham Əliyev X.Mədətovun atasını vəzifədən qovdu. Neft pulları hesabına quduran məmur oğlu isə həbs olundu.
Virtualaz.org saytına o da məlum olub ki, prezident İlham Əliyev X.Mədətovun bu cinayət əməlinə görə təkcə onun atasını işdən qovmayıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavininin kiçik oğlu, Azərbaycanın Almaniyadakı səfirliyində işləyən Yusf Mədətov da geri çağırılıb və diplomatik xidmətdən qovulub.
Virtualaz.org araşdırıb ki, Yusif Mübariz oğlu Mədətov Azərbaycanın Almaniyadakı səfirliyində II katib vəzifəsində işləyən diplomat olub və 2006-cı ildə Almaniya XİN-in gənc diplomatlar üçün təşkil etdiyi bir illik hazırlıq (“Diplomatenkolleg”) kursunu bitirib. Onun qəzadan (martın 15-nə keçən gecə) üç gün sonra geri çağırıldığı bildirilir. Hazırda Azərbaycanın Almaniyadakı səfirliyinin işçilərinin XİN-in saytında yer alan siyahısında Y.Mədətovun adı yoxdur.
Göründüyü kimi, prezident İlham Əliyev qudurğan məmur balaları ilə bağlı məlum xəbərdarlığı boş yerə etməmişdi və M.Mədətov kimi bu xəbərdarlıqdan dərs götürməyən məmurlar dövlət başçısının qətiyyətinə bir daha əmin ola bilərlər.
Şübhəsiz ki, qudurğan məmur balalarının martın 15-nə keçən gecə Zığ şossesində təşkil etdikləri yarışın görüntüləri videomüşahidə kameralarına düşüb və bu cinayətlə bağlı istintaq aparan müstəntiqlər digər iştirakçıları da asanlıqla müəyyən edə bilərlər.
Təbii ki, yüksək sürətlə avtomobil idarə edib başqalarının həyatını təhlükədə qoyan bu şəxslərin əməllərini ört-basdır etmək niyyəti yoxdursa... 
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024