Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (6-08-2015, 17:11)
Toyuna hazırlaşan gəncin boğulmasının dəhşətli təfərrüatı - REPORTAJ

Toyuna hazırlaşan gəncin boğulmasının dəhşətli təfərrüatı - REPORTAJ

Boğulma hadisəsiylə bağlı gizli saxlanılan məqamlar 

Bir neçə gündür Samur-Abşeron su kanalında bataraq itgin düşən gənc haqqında məlumat veririk. Bu gün artıq bir həftə tamam olur ki, gəncin cəsədi tapılmır. 

Axıntının cəsədi Ceyranbatan Su Anbarına gətirməsi ehtimal edildiyindən, onun axtarışları bir həftədir ki, həmin ərazidə aparılır. Və o gündən yaxınları su anbarının qarşısında gözüyaşlı, bitkin vəziyyətdə övladlarının tapılmasını gözləyir.

Onu da qeyd etmişdik ki, aidiyyəti qurumlardan hadisənin təfərrüatı və itkin düşən gəncin kimliyi barədə məlumat əldə edə bilmirdik. 

Məhz buna görə də, bəzi suallara cavab tapmaq üçün AzNews.az-ın əməkdaşı hadisə yerində yollanıb.

“Toyunu gözləyirdik, indi cəsədini gözləyirik...”

Hadisə yerinə çatanda həyəcandan ürək döyüntülərimin artdığını hiss edirdim. Bilirdim orda hansı mənzərəylə qarşılaşacağam. Asan deyil, günlərdi oğlunun cəsədinin tapılması üçün dua edib gözləmək. Çünki, sağ qalacağına artıq ümid yoxdur.

Dəhşətli mənzərə idi. Ağlayan bir kişi, ətrafına yığışan bir neçə qadın. İsti hava... Oğul üçün ağlayan ataların göz yaşları insanı daha çox dəhşətə gətirir. 



Ağlaya-ağlaya siqaret çəkən kişiyə yaxınlaşdım. Səbr diləyib, jurnalist olduğumu, bir neçə gündür, bu hadisəni işıqlandırdığımı, bəzi məlumatlar almaq istədiyimi dedim. Dərdli atanın ürəyi dolu imiş, danışmağa insan axtarırmış, hıçqıra-hıçqıra ürəyini boşaltdı. 

Atanın adı Rövşəndir. Onun oğlu, itkin düşən gənc isə 21 yaşlı Paşayev Vüqar.

Gözüyaşlı ata deyir, Ağdamın Quzanlı qəsəbəsində yaşayırlar. Qaçqındırlar. Oğlu diş həkimi olsa da, işsiz imiş. Ona görə də Bakıya işləməyə gəlib. Hadisədən bir neçə saat əvvəl isə atasıyla telefonda danışıb, Bakının çox isti yer olduğunu, burda qala bilmədiyini deyib:
“Dedi ata, qala bilmirəm. Mən də dedim oğul, çıx gəl. Bir neçə saat sonra isə zəng gəldi ki, oğlun kanala düşüb. Kaş getməyəydi. Yetim, kimsəsiz bir qızı sevirdi, nişanlı idilər, oktyabrda toyu olacaqdı. Toyunu gözləyirdik, indi cəsədin gözləyirik. Elə istilərin də güdazına getdi. Yanındadakı dostları deyir, sərinləmək üçün belinə kəndir bağlayıb girib suya, birdən kəndir qırılıb, su götürüb aparıb”.

İçməli su kanalı niyə qorunmur?

Qeyd: Paşayev Vüqarın batdığı Bakı-Abşeron Su Kanalı Bakı və Sumqayıt şəhərlərinin əhalisini içməli su ilə təmin etməkdə önəmli rol oynayır.



Vüqarın atası Paşayev Rövşən haqlı olaraq aidiyyəti qurumlara üsyan edərək deyir ki, əgər, bu içməli su kanalıdırsa, gəlib Ceyranbatan Su Anbarına tökülürsə, camaat burdan su içirsə, niyə aidiyyəti qurumlar bu qədər əhəmiyyətli bir ərazini qorumur:
“Eşitdiyimizə görə, bu artıq o kanaldakı 4-cü, 5-ci ölüm hadisəsidir. Niyə kanalın ətraf çəpərlənməyib axı?.. Ən azından heç olmasa, bir işarə qoysunlar ki, burda çimmək olmaz, bura girmək olmaz, bura zibil atmaq olmaz. Oğlum bu səhlənkarlığın qurbanı oldu. O buralı olmadığı üçün xəbərsiz olub, kanalın təhlükəli olduğunu bilməyib. Kanalın kənarında da nə bir işarə, nə bir məlumat, nə də bir qadağa var. Belə çıxır kim nə istəsə, gətirib əhalinin su içdiyi bu kanala tökə bilər”.

Hadisə niyə gizli saxlanılırdı?



Söhbətin bu yerində Vüqarın bayaqdan kənarda durub ağlaya-ağlaya gözlərini uzağa dikən xalası yaxınlaşıb deyir ki, aidiyyəti qurumların bu hadisəni gizli saxlamasına səbəb elə məhz bacısı oğlunun Samur-Abşeron Su Kanalında boğulmasıdır:
“O kanal camaatı içməli su ilə təmin edir. Və hazırda tam nəzarətsiz vəziyyətdədi. Kim istəsə gəlib orda çimə bilər, suya nəsə ata bilər. Ona görə də istəmirlər camaat bilsin ki, onların içdikləri suyun içində meyit var. Bəs sabah kimsə gəlib o kanalı zəhərləsə necə olacaq?”.

Dərdli ata ağlaya-ağlaya deyir ki, Vüqarın anası hazırda ağır vəziyyətdə həkim nəzarətindədir. Oğlunun öldüyünü hələ də bilmir: 
“Anasının vəziyyəti çox ağırdır. Ayaqları tutulub. Həkimlər iynəylə yatızdırırlar. Hələ ona Vüqarın öldüyünü deməmişik. Elə bilir itib. Hələ də tapılacağına ümid edir”.



Daha çox danışmağa atanın ürəyi dözmədi. Hıçqırıq onu boğurdu. Mən də söhbəti çox uzatmayıb, səbr diləyərək redaksiyaya qayıtdım. Ancaq yol boyu atanın verdiyi suallar məni də düşündürürdü, axı iki şəhəri içməli su ilə təmin edən bir kanalın ərazisi necə nəzarətsiz saxlanıla bilər? Axı hansısa qurumların səhlənkarlığına görə niyə bir gənc ölməlidir?

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024