Gündəm (22-07-2015, 17:47)
Emin Şəkinskinin qalmaqallı məhkəməsi sabah davam edəcək
İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyulun 10-da keçirilən sonuncu iclasda zərərçəkən general Emin Şəkinskinin vəkili çıxış edib. Qarşı tərəf isə generalın özünün məhkəməyə qatılması barədə vəsatətə verib. Hakim Əfqan Hacıyev iyulun 23-də keçiriləcək iclasda bu məsələ barədə qərar veriləcəyini bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər generalıən arvadı Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayıb.
Sənədlərin düzəldilməsində və adı çəkilən şəxslərin ölkədən çıxmasında Əlövsət Əliyev G.Şəkinskayaya kömək edib. Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.
Ə.Əliyev hazırda Avropada yaşayır. O VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının qardaşıdır.
Mediatv.az