Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (22-09-2014, 15:57)
Həsən Əliyevin işi başqa hakim dostunun icraatına verildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevin 600 min manata icra başçısı təyinatı cəhdi ilə bağlı cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatına verilib

 

 
Mediatv.az saytının əldə etdiyi məlumata görə, məhkəmənin hazırlıq iclası sentyabrın 30-na təyin olunub.
Bu barədə zərərçəkmişin vəkili İradə Cavadova məlumat verib. Vəkil bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində işə obyektiv baxılacağına şübhələri var: “Həmin məhkəmənin sədri Kəramət Əliyev uzun müddət Həsən Əliyevlə birlikdə işləyib. Bizə daxil olan məlumata görə, onlar vaxtilə Naxçıvan prokurorluğunda, sonra da Bakı Ağır Cinayətlər Məhkəməsində uzun müddət bir yerdə çalışıblar. Bu səbəbdən iş üzrə ədalətli qərar çıxarılmasına şübhə ilə yanaşıram”.
Vəkil qeyd edib ki, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasının qarşısını almaq üçün müvafiq addımlar atacaqlar.
Zərərçəkmiş tərəf eyni zamanda ibtidai istintaq və məhkəmə dövrü üçün Həsən Əliyevin barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsindən narazı olduqlarını bildirib: “Həsən Əliyev uzun illər hakim olub və azadlıqda qaldığı halda iş üçün əhəmiyyət kəsb edən şəxslərə təsir göstərmək imkanı var”.
Xatırladaq ki, Həsən Əliyev 2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri olub. 2007-ci ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunub və bu il fevralın 9-na qədər həmin vəzifədə işləyib. Beş ay sonra - iyulun 3-də isə cinayət məsuliyyətinə cəlb olunub. O, təqsirləndirilən şəxs qismində tanınsa da həbs edilməyib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
H.Əliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Sabiq hakim H.Əliyev Ramazan Səlimov adlı vətəndaşdan onu icra başçısı təyin etdirmək vədi ilə 600 min manat alaraq mənimsəməkdə suçlanır.
Onu da yada salaq ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı idi. Amma məhkəmə heyətinin üzvləri uzun illər H.Əliyevlə bir yerdə işlədiklərini əsas gətirərək işə baxmaqdan imtina etdilər. Bunu da işin obyektiv aparılması istəyi ilə izah etdilər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024