Gündəm / Slayd (15-07-2015, 09:13)
Abbas Abbasov həbs oluna bilər
Səfir müavini sabiq birinci vitse-premyeri ermənilərlə işbirliyində ittiham etdi və konkret faktlar olduğunu dedi; Qabil Hüseynli: “Onunla bağlı Qüdsi Osmanovda böyük dosyenin olduğunu eşitmişəm”
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov vesti.az-a müsahibəsində Rusiyadakı Azərbaycan diasporları ilə bağlı danışarkən baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun ünvanına ağır ittihamlar səsləndirib. Səfir müavini qeyd edib ki, A.Abbasovun şəxsi ambisiyaları sonda təşkilatın məhvinə, Rusiyada yaşayan azərbaycanlılar arasında münaqişənin yaranmasına səbəb oldu.
Q.Osmanov bildirib ki, A.Abbasov “AzerRos”da olarkən qurumdan bir alət kimi istifadə edərək, özünü Rusiyadakı azərbaycanlıların lideri kimi tanıdıb: “Məqsəd isə aydındır: Rusiya hakim dairələrinə yaxın olmaq istəyi. Əslində o, Rusiyada olan azərbaycanlı iş adamlarına gizlicə problemlər yaradır, sonra öz təmsilçiləri vasitəsilə həmin problemi həll edir, bununla da onları özündən asılı vəziyyətə salırdı”.
Q.Osmanov baş nazirin sabiq müavinini ermənilərlə işbirliyində ittiham edib. Səfir müavini bununla bağlı əlində konkret faktların olduğunu açıqlayıb: “Rusiyada erməni lobbisi güclüdür. Və onlar Rusiya-Azərbaycan dostluq münasibətlərinin, azərbaycanlıların diasporunun inkişafında maraqlı deyillər. Aydın məsələdir ki, onlar Azərbaycanın bütün uğurlarına qısqanclıqla yanaşırlar. Abbasovun onlarla razılaşması var ki, əgər Azərbaycanda hakimiyyətə gələrsə, onların maraqlarının qorunmasında müəyyən güzəştlər edəcək. Onun bir çox ölkələrin erməni diasporu liderləri ilə görüşməsi, Fransada danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsində güzəştlərə hazır olacağı barədə razılıq əldə edib”.
Bundan əlavə, səfir müavini Moskvada A.Abbasovun ABŞ və Avropada məskunlaşan Azərbaycan müxalifətinin radikal nümayəndələri ilə görüşdüyünü və ölkəmizdə sabitliyi pozmağa cəhd etdiyini bildirib.
Göründüyü kimi, Q.Osmanov kifayət qədər ciddi ittihamlar səsləndirib. Bunlar öz təsdiqini taparsa, A.Abbasovu ən ağır ittihamlarla həbs təhlükəsi gözləyir.
Qüdsi Osmanov
Politoloq Qabil Hüseynli bu məsələlərdə Q.Osmanovun bütün fikirləri ilə razıdır: “Söyün Sadıqov bu məsələlərdə daha dərinə gedərək, Abbas Abbasovun əməllərini ifşa etdi. O, Azərbaycanda işləmiş, pensiya yaşına çatmış adamdır. Yüksək də pensiya alır. Abbasov Azərbaycanı sevsəydi, burada olardı. Amma etmədi. Onun dünyanın bir çox yerlərində biznesləri var. Abbasov Rusiyaya gedən kimi siyasətə girişdi. Azərbaycanda hakimiyyətə gəlməklə bağlı fikirlər səsləndirməyə başladı. Bunu ”AzerRos"un üzvləri söyləyirlər. O, Rusiyada Azərbaycan diasporunu parçaladı. Təşkilatlar yaradarkən açıq şəkildə bildirdi ki, diaspor qurumları fəaliyyət göstərə bilmir, azərbaycanlıların hüquqlarını müdafiə edə bilmirlər. Proseslər ona gətirib çıxardı ki, Söyün Sadıqovla Abbas Abbasov arasında “AzerRos”a rəhbərlik etməklə bağlı fikir ayrılığı yarandı. Sonda məlum hadisələr baş verdi. Sözün həqiqi mənasında ambisiya davası, müəyyən təşkilatlar yaratmaqla Rusiyanın hakim dairələri ilə əlaqə yaratmaq cəhdləri baş verdi. O, Moskvada olandan Azərbaycan diasporunu çalxalayır. Fəaliyyətə mane olmaq üçün bütün addımlarını atır. Söyün Sadıqovu Azərbaycan iqtidarını müdafiə edən şəxs saymaq olmaz. Onun özü də Abbasovun əlindən zara gəlib. Onu xəyanətkar, ermənilərlə işbirliyi quran, öz şəxsi maraqlarını güdən bir şəxs kimi təqdim edir. Qüdsi Osmanov da eyni sözləri deyir. Onun fikirlərində əsas diqqətçəkən məqam Abbasovun ermənilərlə işbirliyində günahlandırılmasıdır".
Qabil Hüseynli Abbas Abbasovun həyat yoldaşının erməni olduğunu qeyd etdi: “Mən bilən onun həyat yoldaşı milliyyətcə ermənidir. Ona eyib kimi söyləmək istəmirəm. Çünki Azərbaycanda belə hallar az deyil. Bu tale işidir. Kimisə günahlandırmaq olmaz. Amma məsələ odur ki, onun əməllərində ermənilərlə yaxınlıq elementləri özünü büruzə verməkdədir. Qüdsi Osmanov ermənilərlə işbirliyinə dair başqa bir müsahibəsində də faktlar gətirmişdi. Bunların nə dərəcədə dəqiq olduğunu söyləməyə çətinlik çəkirəm. Amma Abbas Abbasovu tanıyan, onunla bir müddət işləyən adam kimi, demək istəyirəm ki, o, öz şəxsi ambisiyalarına görə hər bir addımı atmağa qadir şəxsdir. Çox təəssüflər olsun ki, millətimin içərisində sırf öz şəxsi məqsədlərini güdən belə adamlar var. Məhz bu cür adamların ucbatından Azərbaycan Qarabağ problemini həll edə bilmir”.
Q,Hüseynli səfir müavininin dediklərinin onun bildiklərinin cüzi hissəsi olduğunu söylədi: “Elə şeylər var ki, onu demək mümkün deyil. Bu baxımdan səfir müavininin dedikləri bir hissədir. Hər halda, Abbas Abbasovla bağlı Qüdsi Osmanovda böyük dosyenin olduğunu eşitmişəm. Açığı, bu məsələlərdə səfir Polad Bülbüloğlunun mövqeyi ciddi təəccüb doğurur”.
Politoloq A.Abbasovun Amerika və Avropada yaşayan Azərbaycan müxalifətinin nümayəndələri ilə olan görüşlərindən də danışdı: “Prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyov Abbasovla birlikdə Azərbaycan diasporunun Rusiyadakı qanadları ilə iş aparmışdılar. Rüstəm İbrahimbəyovun Nyu Yorkda evi var. Hər halda, onlar müxalifətin mühacirətdə olan hissəsi ilə əlaqələr qurmuşdular. Açığı, o zaman müxalifətin bir hissəsi şirnikərək, Rüstəm İbrahimbəyovun təzyiqi ilə Rusiya ilə əlaqələr qurmaq, bu yolla ölkədə dəyişiklik etmək barədə fikirlər səsləndirirdilər. Görünür, həmin insanlar görüş üçün Moskvaya gəliblər. Qüdsi Osmanovun bu iddiasının da həqiqətəuyğun olduğunu deyə bilərəm. Çünki o zaman belə fikir yaranmışdı ki, Azərbaycanda hakimiyyət dəyişikliyində Rüstəm İbrahimbəyovun köməkliyi ilə Rusiya və Qərb dövlətləri yardım edəcək. Bu məsələlərdə Abbas Abbasov mətbuata çıxmasa da, qapalı yerlərdə danışsa da, o, Rüstəm İbrahimbəyovdan daha fəal idi.
Ciddi fəaliyyətlə məşğul olurdu. Abbas Abbasov Vəzirov, Mütəllimov və Elçibəylə işləyib. Birinci katib olub. Situasiyanın dəyişəcəyini hamıdan qabaq bilən, hakimiyyətə növbəti dəfə gələcək qüvvələrlə təmas qura bilmək məharətinə sahib olan insandır. Həmin şəxslərdən imtina edib, yeni gələn qüvvələrlə əlaqə qurmaq onun əlində elə də çətin deyildi. Mərhum Heydər Əliyevlə də əlaqələri bu zəmin üzərində qurulub. Ayaz Mütəllimovun zamanında baş nazirin müavini işləyə-işləyə Heydər Əliyevlə əlaqələr qura bilmişdi”.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024