Siyasət (7-07-2015, 21:31)
Qarabağa köçən milyarder haqda şok iddia- Foto + Video
Rusiyanın ilk milyarderlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, məşhur fermer German Sterliqovun həbs oluna bilər.
“Mediatv.az” ans press-ə istinadən xəbər verir ki, bu barədə tanınmış vəkil Aleksey Sklyarenko açıqlama verib. Onun sözlərinə görə, ekstremist BORN təşkilatının (Rusiya millətçilərinin döyüş təşkilatı) təsisçilərindən biri Nikita Tixanov vəkil Markelova və jurnalist Baburovun qətlinə görə özmürlük azadlıqdan məhrum edilib.
Rusiya mətbuatına açıqlama verən Tixanovun vəkili Sklyarenko bildirib ki, BORN təşkilatının üzvü olan Sterliqovun yuxarıda qeyd edilən cinayət işində "əli"nin olduğu sübuta yetirilərsə, milyarder 15 il azadlıqdan məhrum edilə bilər.
Məsələ burasındadır ki, ömürlük həbsə məhkum edilən Tixanov polisə ifadə verərkən bildirib ki, Sterliqov ekstremistlərin fəaliyyətini maliyyələşdirir. Bundan başqa Qarabağa köçən milyarder ekstremistləri təlim döyüşləri üçün meydançalarla təmin edib.
"Bütün bu faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və Sterliqov barədə qərar qəbul edəcək", - Sklyarenko deyib.
German Sterliqovun vəkili Artur Ayrapetov bəyan edib ki, bəzi qüvvələrin onun müvəkkilinə böhtan atırlar. "Sterliqov haqqında media vasitəsilə mənfi imic formalaşdırmağa çalıırlar".
Sterliqovun vəkilinin "Komsomolskaya Pravda" radiostansiyasına müsahibəsi:
Milyarderin Vkontakte sosial şəbəkəsindəki səhifəsində Dağlıq Qarabağda yaşadığı evin şəkilləri yerləşdirilib. Həmin şəkillərdə evin pəncərələri bağlıdır. Sterliqov həyat yoldaşı və 5 övladı ilə birlikdə təsərrüfat işlər ilə məşğul olmağa başlayıb. Rusiyanın Azərbaycandakı səfirliyi isə biznesmenin Azərbaycanın işğal olunmuş torpaqlarına köçməsini şərh etməyib.
Qeyd edək ki, Qerman Sterliqov Rusiyada 1990-cı illərdə məşhurlaşmağa başlayıb. O, həmin illərdə ölkədə ilk xammal ticarəti birjası "Alisa"nı yaradıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024