Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (26-05-2015, 11:48)
Məmmədov-Martirosov MTN-də Etibar Pirverdiyevə qarşı ifadə verib

 

Redaksiyamıza “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevin başının üstünü alan qara buludların daha da sıxlaşdığını göstərən növbəti informasiya daxil olub.

Mediatv.az xəbər verir ki, Virtualaz.org saytı mötəbər qaynaqlardan məlumat əldə edib ki, “Azİmport” şirkətinin sahibi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəhbəri, Bakıda irimiqyaslı söküntü korrupsiyasına görə MTN tərəfindən həbs edilən Rəşad Məmmədov (Martirosov) dindirmə zamanı Etibar Pirverdiyevə qarşı ifadə verib. Söhbət on milyonlarla dollarlıq yeyinti faktından gedir.

Mənbə bildirib ki, Rəşad Məmmədovun istintaqa verdiyi ifadə əsasında “Azərenerji” rəhbərinin də istintaqa çağırılacağı gözlənilir.

Qeyd edək ki, Etibar Pirverdiyev Rəşad Məmmədovla biznes ortağı olub. Dövlət Bayrağı Meydanı kompleksinin tikintisi layihəsini baş podratçı qismində Pirverdiyevin nəzarətində olan “Azenco” şirkəti həyata keçirib. “Azİmport” şirkəti isə bu layihədə əsas podratçıdır.

“Azİmport”un hələ də fəaliyyət göstərən internet saytında deyilir ki, bu şirkət 2004-cü ildən fəaliyyət göstərir və Azərbaycanın ən iri tikinti şirkətlərindəndir. Və Dövlət Bayrağı Meydanı kompleksinin tikintisi layihəsi “Azİmport” MMC tərəfindən həyata keçirilib.

Dövlət Bayrağı Meydanı kompleksinin yerləşdiyi ərazidəki obyektlərin, yaşayış binalarının söküntüsünü də “Azenco”nun sifarişi əsasında “Azİmport” həyata keçirib. Yəni sökülən obyektlərə və evlərə görə dövlət büdcəsindən ayrılan kompensasiyalar bu iki şirkətin əli ilə mənimsənilib.

Əslində Etibar Pirverdiyevin vəziyyətinin mürəkkəb olduğunu göstərən ilk ciddi siqnal prezident İlham Əliyevin bu ilin fevralında həyata keçirdiyi struktur islahatı və Nazirlər Kabinetinin iclasındakı çıxışı oldu.

Dövlət başçısının fərmanı əsasında elektrik enerjisinin satışı funksiyası “Azərenerji” ASC-dən alındı və Bakı da daxil olmaqla bütün ölkə ərazisində elektrik enerjisinin satışı-paylanması “Bakelektrikşəbəkə”nin bazasında yaradılan “Azərişıq” ASC-yə verildi.

Daha sonra prezident Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı bu struktur islahatının niyə zəruri  olduğu haqda danışaraq bildirdi ki, bölgələrdə əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi problemlər mövcuddur. Paylayıcı xətlər və dirəklər köhnəlib, problemin aradan qaldırılması üçün verilən tapşırıqlara əməl olunmayıb.

Prezident bu vəziyyəti yolverilməz adlandırdı və “Azərişıq” ASC-nin qarşısında bölgələrdə elektrik enerjisi təchizatını Bakının səviyyəsinə qaldırmaq vəzifəsinin qoyulduğunu bildirdi.

Bunun ardınca nüfuzlu beynəlxalq audit şirkəti olan “Deloitte”nin “Azərnerji” ASC-də apardığı auditin nəticələri açıqlandı. Məlum oldu ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib.

“Azərenerji”nin gəlirlərinin bu cür kəskin aşağı düşməsinin səbəbləri məlum deyil. Çünki operatorun istehsal etdiyi elektrik enerjisinin topdansatış və pərakəndə satış qiyməti maya dəyərindən yüksəkdir. Yəni şirkətin ziyanla işləməsi, yaxud gəlirlərinin bu cür kəskin aşağı düşməsi üçün iqtisadi səbəblər yoxdur.

Digər tərəfdən, 2014-cü ildə “Azərenerji”nin fəaliyyətinə mənfi təsir edən ciddi iqtisadi və makroiqtisadi amillər də qeydə alınmayıb. Ümumi iqtisadi vəziyyət stabil olub.

Həmçinin “Deloitte” üzə çıxardı ki, “Azərenerji” ASC-nin istilik elektrik stansiyalarında elektrik enerjisinin maya dəyəri izaholunmaz şəkildə artıb. Hansı ki, hökumət uzun müddətdir elektrik enerjisinin maya dəyərinin aşağı salınmasına çalışırdı və bu məqsədlə “Azərenerji”yə böyük investisiyalar yatırılmışdı.

E.Pirverdiyevin nəzarətində olan, “Azərenerji” ASC-nin əsas podratçısı “Azenco” şirkətində də (ASC-nin bütün iri infrastruktur layihələrini bu şirkət həyata keçirib) vəziyyətin acınacaqlı olduğu haqda məlumat var. Şirkət milyardlarla manatlıq tikinti layihələrini həyata keçirsə də ötən il onun işçilərinin əməkhaqqı ala bilmədiyi və bu üzdən aksiyaya hazırlaşdıqları məlum olmuşdu.

Və Rəşad Məmmədovun həbsindən az sonra elan edildi ki, “Azenco” şirkətinin bütün menecmenti - idarə heyətinin üzvləri, icraçı direktor və digərləri dəyişdiriləcək, şirkətin strukturu yenilənəcək. Bu barədə qərarlar mayın 30-da şirkətin səhmdarlarının ümumi yığıncağında qəbul edilməlidir. Ehtimal olunur ki, bu dəyişiklik şirkətin Pirverdiyevdən alınması məqsədi daşıyır.

Bütün bunlar Pirverdiyevin nəzarətindəki sahələrdə hökm sürən ciddi korrupsiyadan, maxinasiyalardan xəbər verir. Və indi “oliqarxların işi”ndə növbə ona çatır...

Virtualaz.org

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024