Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (14-03-2014, 11:43)
Novruzda əfv olacaq?

Səidə Qocamanlı: “Əfvin mayın əvvəllərində veriləcəyini gözləyirik”

Novruz bayramının yaxınlaşması ilə bağlı əfv məsələləri yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Çingiz Qənizadə bu yaxınlarda bildirib ki, bu il əfv fərmanı veriləcəyini düşünmür. 
Onun sözlərinə görə, prezident barəsində məhkəmə hökmü olmayan adamı həbsdən azad edə bilməz: “Amma bir məsələ də var ki, Azərbaycan Konstitusiyasında prezidentə müstəsna səlahiyyətlər verilib və o istədiyi şəxsi həbsdən də, istintaq təqibindən də qurtara bilər”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bir müddət əvvəl qəzetimizə bildirmişdi ki, Novruz Bayramı ərəfəsində əfvin veriləcəyini gözləyir. O, əlavə etmişdi ki, dövlət başçısının Yeni il ərəfəsində əfv fərmanı imzalamaması onlarda belə ümid yaradıb ki, Novruz bayramında əfv verilə bilər. 
Ombudsman Elmira Süleymanova da Milli Məclis qarşısında hesabat verərkən qeyd etmişdi ki, məhbuslardan və onların ailə üzvlərindən daxil olan müraciətləri baxılması üçün Əfv Komissiyasına təqdim edirlər. 
Ancaq hələlik Əfv Komissiyasının üzvləri əfvin olub-olmayacağı haqda konkret bir söz demirlər. Sadəcə olaraq bildirirlər ki, Əfv Komissiyası daima işləyir və onlara daxil olan şikayət və müraciətlərin araşdırılması ilə məşğul olur. 
Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsinin üzvü Səidə Qocamanlı isə qəzetimizə bildirib ki, hazırda iki məhkəmə prosesi gedir. Onun sözlərinə görə, həm hüquq müdafiəçilərini, həm də beynəlxalq qurumları maraqlandıran daha çox NİDA-çıların və İlqar Məmmədovla Tofiq Yaqublunun məhkəməsidir: “Biz ehtimal edirik ki, Novruz Bayramı üçün əfv olmayacaq. Çünki əfv olsaydı, indiyə qədər bunun səs-səmiri çıxardı. Düşünürəm ki, Azərbaycan may ayında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlayan ərəfədə əfv fərmanı verilə bilər. Həm də nəzərə almaq lazımdır ki, məhkəmə qərarı olmadan şəxsi cinayətkar hesab etmək hüquq baxımından doğru deyil. İlk öncə məhkəmə proseslərinin başa çatmasını gözləməyimiz lazımdır”.
Novruz Bayramında  əfv gözləmədiklərini deyən hüquq müdafiəçisi əlavə edib ki, onlar artıq dövlət başçısına müraciət ediblər: “Biz iyirmidən çox məhbusun adını əfv üçün təqdim etmişik. Amma buna baxmayaraq mart ayında əfv gözləmirik. Novruz bayramında əfvin verilməməsi ilk hadisə hesab oluna bilməz. Təcrübədə belə hallar olub. Həm də nəzərə almaq lazımdır ki, bu bir sistem halına oturdulmayıb ki, Novruzda hökmən əfv verilsin. Ümumiyyətlə, əfvin verilməsi prezidentin səlahiyyətinə aid olan məsələdir. Bəzən elə olub ki, adi günlərdə əfv verilib. Ancaq Əfv Komissiyası daima işləyir. Məhbusların arasında xəstə olanlar, eləcə də, cəzalarının üçdə birini çəkənlər var. Belə məhbuslar mütəmadi olaraq əfvlə azadlığa buraxılır. Amma bütün bunlarla yanaşı deyim ki, biz Novruz Bayramında deyil, mayın əvvəllərində əfvin verilməsini gözləyirik”. 
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024