Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (8-02-2014, 13:57)
Rəqsanə prezidentə sürpriz hazırlayır

 

Müğənni Rəqsanə İsmayılova onun “İnanımmı” mahnısını ifa edən Türkmənistan prezidenti ilə görüşə əliboş getməyəcək. 

 

Axşam.az-ın məlumatına görə, Novruz bayramı ərəfəsində Qurbanqulı Berdımuhəmmədovla görüşəcəyini deyən sənətçi ona milli adətlərimizi əks etdirəcək hədiyyə hazırlayıb: 

“Türkmənistana getmək üçün Moskva tərəfdən danışıqlar aparılır. Səfər Novruz bayramında baş tutacaq. Buna görə də milli bayramımızın simvolu olan paxlava, şəkərbura və başqa şeylərin yer alacağı böyük hədiyyə aparmağı düşünürəm. Bu mənim üçün böyük şansdır. Sevinirəm ki, şanslar özü gəlib məni tapır”. 

Rəqsanə gənc bir meyxanaçı ilə duet oxuyacağını da bildirib: 

“Bu meyxanaçının adı Vasifdir. Onun bir neçə mahnısını səsləndirəcəyəm. Bir bəstəni isə duet şəklində oxuyacağıq”. 

Türkiyədəki layihələrindən söz açan R.İsmayılova bu ayın sonunda təqdimat edəcəyini bildirib: 

“Artıq Türkiyədəki işlərim tamamlanıb. Fevralın sonunda reklam, təqdimat işlərinə başlayacağıq. Bundan sonra hər ay orada iki yeni mahnı təqdim etməliyəm. Bu, müqavilənin əsas şərtlərindəndir”.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024