Gündəm (10-04-2015, 17:47)
ATV-dəki ixtisarların səbəbi nədir?
TV rəhbərliyi kütləvi ixtisarlarla bağlı susur. Layihələr isə dayandırılıb.
Məlum olduğu kimi Azad Azərbaycan televiziyasında kütləvi ixtisarların aparılması barədə məlumat yayılıb.
Bildirilir ki, kanal rəhbərliyinin göstərişi ilə 100-ə yaxın əməkdaş işdən çıxarılıb. Kütləvi ixtisarlar daha çox kanalın xəbərlər və ictimai-siyasi verilişlərində çalışan jurnalistlərə şamil edilib.
Yayılan xəbərin nə qədər həqiqətə uyğun olması və ya ixtisarların nəyə görə aparılması məsələlərinə aydınlıq gətirmək üçün televiziyanın prezidenti Vüqar Qaradağlı, “Son Xəbər” proqramının baş redaktoru Vaqif Aydınoğlu və ATV-nin vitse-prezidenti Məqsəd Nur ilə əlaqə yaratmağa çalışdıq, amma heç biri telefonlarımıza cavab vermədi. Adları çəkilən rəhbər şəxslərin birindən - Məqsəd Nurdan isə aldığımız yeganə cavab bu oldu: “Mən indi danışa bilmirəm”.
Adının çəkilməsini istəməyən televiziya əməkdaşlarından biri isə AzNews.az-a bunları deyib: “Bəzi layihələr dayanıb. Amma kütləvi şəkildə işdən çıxarılma yoxdur. 5-6 nəfər çıxarılıb, onlar da işinin öhdəsindən gələ bilməyənlərdir. 600-dən çox işçisi olan bir şirkətdə 2-3 nəfərin işdən azad edilməsi təbii haldır”. Mənbə onu da bildirib ki, sözügedən hadisə iki ay əvvəl olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024