Gündəm (10-03-2014, 13:10)
Azərbaycanlılara şallaq və həbs cəzası
Parsabad zindandanından son xəbər: “Gözlərimi bağlayıblar və məni hər tərəfə çəkilər”
Çayların qarşısına onlarla sədd çəkməklə Urmu gölünü qurudan İran rejimi, gölün xilası üçün mübarizəyə qalxanları da müxtəlif yollarla cəzalandırmaqdadır. Güneydən gələn ən son xəbərə görə, Urmu gölünün quruldulmasına etiraz edən milli-mədəni fəallar şallaq və həbs cəzasına məhkum edilib.
Belə ki, 2011-ci ilin yayında Urmu gölü ilə bağlı keçirilən kütləvi etirazlarda yaxalanıb və sonra zəmanətə buraxılan 7 fəal məhkəmə tərəfindən şallaq və həbs cəzasına məhkum edilib. Ərdəbilin ümumi məhkəməsi Murtaza Pərvin, Xaliq Əkbərzadə, Tağı Puriskəndər, Əli Babayi, Nəsrullah Vəlizadə,Babək Cavanşir və Mehdi Üsuləddi barəsində ümumi asayışı pozmaq ittihamı ilə hökm çıxarıb. Hökmə əsasən fəalların hər biri 91 gün həbs və 50 zərbə şallağa məhkum edilib. GünAz TV xəbər verir ki, şərti qərarın icrası üçün 5 il müddət təyin edilib. Qeyd edək ki, son vaxtlar İran rejiminin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artıb, çoxsaylı fəal tutulub və təqibə məruz qalıb.
21 Fevral-Dünya Ana Dili Günü ərəfəsində yaxalanan azərbaycanlı milli-mədəni fəal Səid Hüseyninin isə işgəncə altında saxlanıldığı xəbəri yayılıb. Parsabadda digər fəal Nasir Əbdulhüseynzadə ilə birlikdə yaxalanan Səid Hüseyni öz ailəsi ilə bir neçə saniyəlik telefon əlaqəsi saxlamağa nail olub. O atasına “gözlərimi bağlayıblar və məni hər tərəfə çəkilər” deyib. Məlumatda deyilir ki, Səid ağır işgəncə altındadır. İşgəncələr nəticəsində onun üz nahiyəsinə ağır zədələr yetirilib və sifəti göyərib. Bu səbəbdən də onunla görüşə icazə verilmir və hətta onu təkrara olaraq məhkəməyə də aparmayıblar.
Qeyd edək ki, adını çəkdiyimiz fəallar fevralın 17-si Parsabadda təhlükəsizlik qüvvələri tərəfindən tutulub və polis bolməsinin təcridxanasına, bir gün sonra isə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal ediliblər. Fəallar məcburi etiraf vermək üçün həm polis və həmdə ETTELAAT idarəsində ağır işgəncəyə məruz qalıblar. Onlar həmin gün ETTELAAT idarəsindən məhkəməyə sonra isə məcburi etiraf almaq məqsədi ilə yenidən ETTELAAT idarəsinə intiqal edilib. Fəallar bir idarədən o birinə aparılan zaman təhqiramiz və əl-ayaqları bağlı bir şəkildə aparılıb. Onlar tutulduqdan iki gün sonra əl-ayaqları qandallı şəkildə Parsabad məhkəməsinə aparılıb, hakim qondarma ittihamlar irəli sürüldükdən sonra saxlanılma qərarı çıxarıb. Və fəallar Ərdəbilin mərkəzi zindanının yanındakı ETTELAAT idarəsinin təcridxanasına intiqal edilib.
Fevralın 26-da zindan məsullarından biri Səid Hüseyninin atasına, övladlarının 1 gün saxlanıldıqdan sonra naməlum istiqamətə aparıldıqlarını bildirib. Bu şəkildə bütün cəhdlərə baxmayaraq fəalların harda və necə saxlanıldığı hələlik bəlli deyil.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024