Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (13-02-2014, 16:15)
Lənkəran məhkəməsindən məhbus qaçırıldı

 

Hakimi söyüb təhqir edən, pomidor atan dustaq 20 polisin gözündən necə yayına bilib?

 

 
Dünən Lənkəran şəhərində bir neçə-saat ərzində “fövqəladə vəziyyət” hökm sürüb.
Lənkəran şəhər Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilən məhbus Əliyev Murad Akif oğlu məhkəmənin həyətində əlinin qandallı olmamasından istifadə edərək qaçıb. Bu barədə Lənkəran şəhərindəki mənbə “Bizim Yol”a məlumat verib.
Məlumata görə, M.Əliyev və onun digər iki nəfər cinayət ortağını 20 nəfərə yaxın polis əməkdaşı müşayət edirmiş. Amma məhbus qaçanda polislər onu tutmağa belə cəhb etməyiblər.
Mənbənin məlumatına görə, polislərin məhkumun qaçmasına belə «laqeyid «münasibətinin özəl səbəbləri var. Bu barədə bir qədər sonra...
Məhbus bir-neçə saat axtarılsa da, onu polis deyil, məhkəmə icraçıları Lənkəran şəhər bazarının yanında yaxalamağa müvəffəq olublar.
Mənbənin verdiyi məlumata görə, Lənkəranda ad çıxaran gənc oğrular - Əliyev Murad Akif oğlu, Əliyev Rəşad İntiqam oğlu və Əliyev Samik Əbdülrəhim oğlu ötən ilin yayında həbs ediliblər. Əliyevlərin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü (Oğurluq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi avqust ayında Lənkəran şəhər Məhkəməsinə daxil olub. Amma iş hakimin masasına gəlib çıxmamış, Əliyevləri həbs etmiş polislərin rəisi hakimin yanına xahiş-minnətə gəlib. Daha sonra rayon məhkəməsinin sədri də hakimdə məsələni “qurtarmaq” əmrini verib. Amma iş “tərs adam” kimi ad çıxarmış, həmin dövrdə Lənkəran şəhər məhkəməsinin hakimi olmuş Təyyar Abbaslının icraatında olub. T.Abbaslı isə xahiş-minnətə və əmrlərə qulaq asmayıb, yanına “razılaşmaq” üçün gələn Əliyevlərin valideynlərini də qapıdan qovub.
Bundan sonra prosesə çıxan hakim əməlli başlı təhdidlə üzləşib. Polis tərəfindən sərbəst buraxılan müttəhimlərdən Muxtar Əliyev hakimi xiyar, pomidor və alma «atəşinə» tutub. Daha sonra o, hakimin kürsüsünə hücum edərək, onu təpikləyib və hakimə xəsat yetirmək istəyib. Fiziki baxımdan zəif olan hakimin məhbusun hücumundan xilas edilməsinə heç bir polis əməkdaşı səy göstərməyib, o canını otağına keçməklə birtəhər qurtara bilib.
Yeri gəlmişkən, xatırladq ki, ötən həftə Lənkəran şəhər Məhkəməsində övladı məktəbdə döyülməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılandan 20 gün sonra narkotik ittihamı ilə həbs edilən Şaiq Ağayevi həhkəməyə 5 nəfər polis və 3 nəfər məhəmə nəzarətçisi gətirilmişdi. Onun əlləri qandallı idi və dəmir qəfəsdə saxlandı. Habelə ona qohumlarının gətirdiyi su və siqaret belə verilmədi. Amma mənbəmiz bildirir ki, polislərin tapşırılmış və “hörmət” edən müttəhimlərə xüsusi hörmətləri varmış. Məsələn M.Əliyevə hakimə atması üçün xiyar, pomidor və alma yalnız polisin vasitəsilə verilə bilərdi. Yəqin ki, o zaman müttəhim sonuncu dəfə olduğu kimi bazara tərəf qaçmayıbmış.
Belə ki, Əliyevlərə polis şöbəsinin təcridxanasına da əməlli başlı şərait yaradılıbmş. Onlarmobil telefonla da təmin edimiş, qonaq-qara da qəbul edə bilirlərmiş.
Ötən payiz Lənkəran şəhər Polis Şöbəsinin təcridxanasından Bakıya gətirildikdən sonra Bakı İstintaq təcridxanasında Rəşad Əliyevin kamerasına və üzərinə baxış keçirilərkən sonra şalvarın sağ yan cibindən daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Bu məlumat isə Pentensiar Xidmət tərəfindən 2013-cü il oktyabrın 29-da yayılıb.
Bu hadisə və M.Əliyevin hakimə hucum etməsi ilə bağlı da ayrıca cinayət işi açılıb və hazırda təhqiqat davam edir.
Hücuma məruz qalan hakim daha sonra başqa bir rayona təyin edildiyi üçün, iş Lənkəran şəhər Məhkəməsinin digər hakimi - Mütəllim İsayevin icraatına verilib. M.İsayev də əvvəlki hakim kimi həm məhkəmənin sədri, həm də polis rəisi və rayonun digər nüfuzlu admlarının “burax bunları” təklifi və təzyiqi ilə üz-üzə qalıb. Amma bu hakim də prinsipallıq edərək müttəhimləri 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıb.
Bundan sonra hakim M.İsayev də ciddi hədələrə və təhqirlərə məruz qalıb. Qaçaq məhkum tapılana qədər hakim mühafizə altında, otağını tərk etməyib. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024