Gündəm (31-01-2014, 17:59)
Tanınmış ruhani azadlığda
Əbduləziz Əzimi Qədim İran- Ermənistan əlaqələrinə etiraz etdiyi üçün tutulmuşdu
Azərbaycanlı milli-mədəni fəal, tanınmış ruhani Əbduləziz Əzimi Qədim Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb. Milli fəal keçən il İranla Ermənistanın əlaqələrinə etiraz etdiyinə görə yaxalanmışdı. O, bu ilin 29 yanvarında məhkumluq müddəti bitdikdən sonra sərbəst buraxılıb.
Azərbaycanlı ruhani haqqında həbs qətimkan tədbiri 2013-cü ilin sentyabrında Təbrizin mərkəzi zindanında çıxarılmışdı. Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal ruhanilərə məxsus məhkəmədə sistemin əleyhinə təbliğ və qanunsuz yığıncaqlarda iştirak etmək ittihamı ilə 7 ay 1 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
Güneydən gələn digər xəbər isə Azərbaycan şəhəri olan Binabın əhalisinin kütləvi şəkildə başqa yerlərə köçməsi ilə bağlıdır. GünAz TV xəbər verir ki, yanvarın 30-da Binabın İran parlamentindəki millət vəkili bu şəhərin su və kanalizasiya məsələləri ilə bağlı keçirilən tədbirdə deyib ki, əgər kəndlilərin içməli suyunu təmin edə bilməsək, onların köçməsinin davamına şahid olacağıq. Məhəmməd Baqiri Binabi bildirib ki, Binabın əhalisinin yarısı kəndlərdə yaşayır və kəndlərə içməli suyun verilməməsi əhalinin köçməsinə səbəb olur. Millət vəkili sözlərinin sonunda yaxın gələcəkdə bu problemin çözüləcəyinə ümid etdiyini də vurğulayıb. Qeyd edək ki, bu kimi problemlər təkcə Binab şəhəri və onun kəndləri ilə məhdudlaşmır. Bir çox problemlərlə yanaşı yaşayış şərtlərinin ağır olması səbəbindən əhali Azərbaycan torpaqlarını tərk edib və fars bölgələrinə köçməyə məcbur qalır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024