Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (4-03-2015, 12:41)
PKK silah buraxa bilərmi?

“Bu proseslər Türkiyənin bölünməsi bahasına baş verəcəksə, bu kimsənin arzulamadığı bir ssenaridir”

 

Fazil Mustafa: “Mənim çox gümanım yoxdur ki, PKK-a silahı buraxacaq və Türkiyədə kürd problemi öz həllini tapacaq”
“PKK-a hər hansısa ciddi bir naliyyət əldə etmədən Öcalanın güvənliyi və yaxud da rahatlığı üçün özlərinin milli davasını belə rahatlıqla tərk etməyəcəklər”
Bu sözləri PİA.AZ-a PKK-ının silah buraxması ilə bağlı Abdulla Öcalanın PKK-ya müraciət etməsini dəyərləndirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafabildirib. Qeyd edək ki, hazırda İmralı adasında həbsxanada saxlanılan terrorçu PKK təşkilatının lideri Abdulla Öcalan hökümətlə əldə etdiyi razılaşma əsasında PKK-ya silah buraxmağı önərib. Lakin Türkiyə müxalifəti buna görə höküməti xəyanətdə suçlamaqdadır. 
Bəs PKK doğurdanmı silah buraxa və Türkiyədə Türkiyədə kürd probleminin öz həllini tapa bilərmi? PİA.AZ-ın əməkdaşı bu sualla millət vəkili Fazil Mustafaya müraciət edib. Millət vəkili  PKK-a silahı buraxacağına və Türkiyədə kürd probleminin öz həllini tapacağına inanmadığını bildirib:
“Mənim çox gümanım yoxdur ki, PKK-a silahı buraxacaq və Türkiyədə kürd problemi öz həllini tapacaq. Öncə bu danışıqların gizli arxa planında nələr yatır onu müəyyənləşdirmək lazımdır. Amma indi real vəziyyət budur ki, hökümət faktiki olaraq Güney Doğadakı şəhərlər üzərindəki nəzarətini itiribdir. O ərazilərə hal-hazırda PKK-a nəzarət edir, PKK-a ordusu qayda-qanunu müəyyən edir. Hətta şəhərin küçələrini belə PKK-lar xəndəklə qazaraq ora ümumiyyətlə hökümət maşınların daxil olmasına icazə vermirlər və tamamilə o küçələr işğal altındadır. Diyarbakirda, Akkaridə və başqa yerlərdə. Ona görə də burada düşündürücü məqamlar çoxdu. 
Mən fikirləşirəm ki, daha fərqli bir yol izlənə bilərdi. Müxalifəti də inandıraraq, onların da müəyyən dərəcə narahatçılığını ortadan qaldıraraq belə bir addım atıla bilər. Bəlkə də, hökümətin əlində elə bir əsaslar var ki, doğrudan da bunu təyin etmək bizim üçün də çətin olar. Amma indiki şərtlərdə, mənim fikrimcə bizim üçün şübhəli gəlir ki PKK-a hər hansısa ciddi bir naliyyət əldə etmədən Öcalanın güvənliyi və yaxud da rahatlığı üçün özlərinin milli davasını belə rahatlıqla tərk edələr. Bu bir az inandırıcı gəlmir. Çox ciddi güzəştlər olmalıdır ki PKK-a belə bir addım atsın. Bu güzəştlərin də nədən ibarət olduğunu söyləmək indiki məqamda çox çətindi. Ona görə də mənim də gümanım yoxdu. 
Təsəvvür edin ki, şəhərlərin içində özlərinin təbliğat çadırlarını quraraq orda iş aparır və heç bir polis, ordu ora müdaxilə etmək imkanında sahib deyil. Xüsusən son 4-5-ildə PKK-nın imkanları xeyli genişləndi və bu baxımdan da mənim üçün də müəmalidir. Hər halda mən də istəyərərdim ki,  silah buraxılsın və kürd problemi həl olunsun. Təbii ki, kürdlərin təməl haqlarına aid olan məsələlər həllini tapmalıdır. Amma bu Türkiyənin bölünməsi bahasına baş verəcəksə bu kimsənin arzulamadığı bir ssenaridir”. 
Həmçinin Fazil Mustafa PKK-nın silahı buraxmasını Rusiya ilə Türkiyə arasında yaxınlaşma kimi əlaqələndirilməsi sualını da cavablandırıb:  
“Yox, PKK-nın silah buraxmasını Rusiya ilə Türkiyə arasında yaxınlaşma kimi əlaqələndirmək mümkün deyil. Çünki PKK-a bilavasitə Rusiyadan idarə olunan təşkilat deyil. Həm də PKK-nın silahlarını Avropa ölkələri verir və Avropadan daha çox maddi dəstək alır. Rusiyanın bu gün PKK-nı maddi cəhətdən dəstəkləmək imkanları elə də real deyil”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024