Siyasət / Karusel (20-04-2014, 15:02)
Deputat Fazil Mustafa jurnalistin müdafiəsinə qalxdı - AÇIQLAMA
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa aprelin 19-da Türkiyədən deportasiya edilən və Bakıda həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla bağlı baş verənləri pisləyib.
Mediatv.az-ın məlumatına görə, deputat bu olayla bağlı bildirib:
”Jurnalist Rauf Mirqədirovun heç bir səbəb göstərilmədən Türkiyədən deportasiya olunması hər şeydən öncə Türkiyənin addım-addım demokratiyadan uzaqlaşmasının bir göstəricisidir. Xatırlayıram, üç il siyasi səbəblərə görə Türkiyədə mühacirət həyatı yaşadım, belə bir münasibətlə qarşılaşmadım. Belə çıxır ki, həmin şərtlərdə bu gün Türkiyədə yaşasaydım, dərhal Azərbaycana təhvil verərdilər. İlk öncə məhkəmədə adamın günahı müəyyənləşməlidir, sonra isə belə bir qərar verilə bilərdi. Jurnalistə qarşı bu addımı qınayıram və düşünürəm ki, artıq bu kimi hərəkətlərlə həmişə yaxşı nümunə olaraq göstərdiyimiz qardaşımız, canımız Türkiyə bizim üçün pis nümunəyə çevrilməyə başlayır”.