Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-03-2015, 11:22)
Elmar Hüseynovun ölümündən 10 il keçdi

Mərhum jurnalistin qatilləri hələ də tapılmayıb; bu gün həmkarları onun qəbrini ziyarət edəcək...

 

Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 10 il ötür. 10 il öncə prezident İlham Əliyev qatillərin tapılacağına söz verdi və istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq Tahir Xubanovla Teymuraz Əliyevin qətli törətdiyini və onların Gürcüstanda gizləndiklərini açıqladı. Amma həmin şəxslər hələ də həbs olunmayıb. 
2014-cü ildə E.Hüseynovun atası Sabir Hüseynov da dünyasını dəyişdi. Mərhum jurnalistin ölümündən qısa müddət sonra onun həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət etdi. Hazırda E.Hüseynovun ailəsi adına ölkədə bacısı və qardaşı qalıb. 
E.Hüseynovun atası Sabir Hüseynov son müsahibələrində oğlunun qatili tapılmayınca dünyasını dəyişmək istəmədiyini deyirdi. Onun sözlərinə görə, qatillərin kim olduğunu hamı bilsə də, heç kim açıqlamır: “Hamısını bilirəm, kimdir, nədir. Amma əmələ gəlmir. Hamı bilir, deyən yoxdur. Eynulla gedib Gürcüstanda həmin adamları tapdı. Onu da tutdular dama saldılar, 4 il 3 ay yatdı. Dəqiq deyən yoxdur, kimlərdir. Ancaq heç kim də tutulmayıb. Bilirik kimdir, nəçidir. Ancaq durub neyləyəcəm bundan sonra? Siz məndən də yaxşı bilirsiniz. Niyə tuturlar axı? Özləridir də. Özlərini tutası deyillər ki. Öz-özünü tutan adam varmı? Nə isə, əvvəl-axır açılacaq, vaxt lazımdır”. S.Hüseynov bildirib ki, qatil siyasi hakimiyyət dəyişəndən sonra tapılacaq. 
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev 2 il öncə mediaya verdiyi müsahibəsində son durumu belə özətləyib: “Həmin qətl hadisəsi üzrə başlanan cinayət işi MTN-in İstintaq Baş İdarəsinin icraatına verildiyi vaxtdan 1000-ə yaxın müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib. Bizim əvvəllər də məlumat verdiyimiz kimi, iş üzrə keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2005-ci ilin mart ayında jurnalist Elmar Hüseynovun qətlinin törədilməsində Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun iştirakları sübuta yetirilib. Bu şəxslərin təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmaları üçün barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. İstintaq orqanı Azərbaycan Baş Prokurorluğu vasitəsilə Gürcüstanın Baş Prokurorluğuna bu cinayət işi ilə bağlı hüquqi yardımın göstərilməsi, Teymuraz Əliyev və Tahir Xubanovun tutulub ekstradisiya olunması barədə 6 vəsatət göndərib. Əməliyyat-istintaq qrupunun üzvləri həmin vəsatətlərin icrası ilə əlaqədar dəfələrlə Gürcüstana ezam ediliblər. İstintaq qrupu Gürcüstanın hüquq-mühafizə orqanları vasitəsilə çoxsaylı istintaq hərəkətləri, o cümlədən dindirmələr, baxışlar, axtarışlar, götürmələr həyata keçiriblər. Nəticədə Teymuraz Əliyev və Tahir Xubanovun Elmar Hüseynovun qətlə yetirilməsində iştirakları bir daha öz təsdiqini tapıb... Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur. Gec-tez onlar tutulub istintaqa veriləcək. Bu istiqamətdə də əməliyyat axtarış tədbirləri bir an belə səngimədən davam etdirilir”.
Bu gün həmkarları Elmar Hüseynovun məzarını ziyarət edəcək. Bundan başqa, “125-lər” Siyasi Klubu saat 12-də mərhum jurnalisti yad edəcək. (musavat.com)
p
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024