Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (1-02-2014, 21:02)
Jurnalistlərin binasına xərclənən məbləğ açıqlandı

 

  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu illik hesabatını açıqlayıb. Sənəddə il ərzində həyata keçirilən tədbirlərlə yanaşı, maliyyə xərcləri də əksini tapıb. 

 

 “Mediatv.az” qurumun rəsmi saytına istinadən xəbər verir ki, hesabatda Səbail rayonunda jurnalistlər üçün nəzərdə tutulan binanın tikilib, başa çatdırılması və təmiri üçün 22 milyon 396 min 316 manat vəsait istifadə sərf olunduğu əksini tapıb. 

Fondun maliyyə dəstəyi ilə 2013-cü ildə 3 dəfə fərdi jurnalist yazıları müsa¬biqəsi keçirilib. Buna qatılan 160 jurnalist qalib kimi mükafatlandırılıb. Ümumilikdə, hesabat ilində Fondun təşkilatçılığı və iştirakı ilə keçirilən müsabiqələrdə 232 jurnalist mükafat alıb. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 12 KİV rəhbərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri təşkil edilib.   

Hesabat ilində Konsepsiyada nəzərdə tutulmuş məqsədlərin həyata keçiril¬məsi üçün Fondun KİV-lərə maliyyə dəstəyi davam edib. Bu məqsədlə 2013-cü ilin dövlət büdcəsindən Fonda 3 milyon 903 min 483 manat vəsait ayrılıb. Həmçinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə keçirilən fərdi jurnalist yazı müsabiqələri üçün əlavə mənbələrdən 38 min 940 manat vəsait cəlb edilib. İl ərzində 31 KİV-in təqdim etdiyi layihə təklifləri Fondun tələblərinə cavab verib və həmin redaksiyalar maliyyələşdirilib. Dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin 2 milyon 460 min 713  manatı KİV layihələrinin maliyyələşməsinə, 112 min 415 manatı işçilərə əmək haqqı və mükafatların verilməsinə, 24 min 731 manat Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 242 min 154 manat müsa¬biqə qaliblərinə və jurnalist müsabiqəsi tədbirlərinin təşkilinə xərclənib.   

Fond digər layihələrin və tədbirlərin maliyyələşdirilməsinə 189 min vəsait sərf edib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləş¬diril¬məsi haqqında” 24 iyun 2009-cu il tarixli 114 saylı Fərmanının 1.1-ci bəndinə əsasən, "Azərbaycan”, "Göyər-çin”, "Günəş”, "Qobustan”, "Literaturnıy Azerbaydjan”, "Ulduz” jurnallarına və "Ədəbiyyat”, "Savalan” qəzet redaksiyalarına 709.262 manat ayrılmış, bu vəsaitin 708.671,82 manatı xərc¬lənib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024