Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (18-02-2015, 17:24)
ABŞ-Azərbaycan münasibətləri yeni müstəvmdə nələr vəd edir?

Politoloq Elxan Şahinoğlu: «ABŞ Azərbaycanla münasibətlərində insan haqları və demokratiya element kimi olmayacaq»

 

«ABŞ-ın Dövlət katibinin müavini Viktoriya Nulandın Bakı səfərində verdiyi mesajlar iki ölkə arasında münasibətlərdəki gərginliyin ortadan qalxmasında dönüş nöqtəsi ola bilər»
Bu sözləri Viktoriya Nulandın Bakı səfərini PİA.AZ-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib. Politoloqun fikrincə Nulandın Bakıda inqilab etmək planlarının olmamaması böyük önəm daşıyırdı:
«ABŞ-ın Dövlət katibinin müavini Viktoriya Nulandın Bakı səfərində verdiyi mesajlar iki ölkə arasında münasibətlərdəki gərginliyin ortadan qalxmasında dönüş nöqtəsi ola bilər. Çünki Nuland çox önəmli açıqlamalar verdi. Birinci açıqlama enerji əməkdaşlığının yüksək səviyyədə olmasıyla, ikinci açıqlama Azərbaycanda inqilab etmək kimi planlarının olmamasıyla və üçüncü açıqlama Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovun azad olunmasına çalışacaqları ilə bağlı idi. Hər üçü çox önəmli açıqlamalardır. Görünən odur ki, iki ölkə arasındakı münasibətdə enerji əməkdaşlığı ön plana çıxır. Düşünürəm ki, bu Azərbaycanın da xeyrinədir. Əgər Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasətə qulluq edirsə, bu siyasəti əsas götürürsə, onda Amerika ilə münasibətləri normallaşdırmalıdır. Və belə görünür ki, ABŞ insan haqları və demokratiyanı hər zamankı kimi ön planda tutur. Bu isə Azərbaycanla münasibətdə vacib element kimi olmayacaq. Ona görə ki, Amerikanın bir çox Qeyri Hökümət Təşkilatları (QHT) bağlanıb. Azadlıq radiosunun fəaliyyətini dayandırıblar. Bu əlbəttə Amerikanı narahat edir, amma buna görə Azərbaycan hakimiyyəti ilə münasibətini gərginləşdirmək istəmir. 
ABŞ-Azərbaycan münasibətlərində yaxınlaşma Rusiya Azərbaycan münasibətlərində gərginliyə səbəb ola bilərmi, sualını cavablandıran politoloqun fikrincə Rusiya tərəfi vəziyyəti yaxşı anlayır:
«İnanmıram ki, ABŞ Azərbaycan münasibətlərində yaxınlaşma Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratsın. Çünki Rusiya hakimiyyəti də yaxşı anlayır ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür və Azərbaycan hakimiyyəti artıq vurğulayıb ki, Rusiyanın layihəsi olan Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyində yer almayacaq. Bu aydın bir məsələdir. Ona görə də Azərbaycan Amerika ilə əməkdaşlığı müstəqil dövlət olaraq inkişaf etdirir, yeni əməkdaşlıq telləri salır. Rusiya bilirdi ki, enerji təhlükəsizliyi məsələsində Azərbaycan-ABŞ əməkdaşlığı 90-ci illərdən mövcuddur. Düşünmürəm ki, Azərbaycanla ABŞ-ın indiki əməkdaşlığı Rusiyanı çox da qıcıqlandırsın. Çünki Azərbaycan çox da böyük addımlar atmayıb. Məsələn, NATO-ya üzv olmur və yaxud Amerika hərbi bazalarını Azərbaycanda yerləşdirməklə bağlı danışıqlar getmir. Bu məsələlər Rusiyanı qıcıqlandıra bilər. Bu məsələlər isə ABŞ-Azərbaycan əməkdaşlığınıngündəm mövzusu deyil».
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024