Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (31-05-2014, 10:09)
ABŞ-la rəsmi Bakı arasında gərginlik - Yay qırılacaq, yoxsa ox yayından çıxacaq?

Vaşinqton Riçard Morninqstarın Bakını daha tez tərk etməsi üçün hərəkətə keçib

 

 
Azərbaycan - ABŞ münasibətləri ciddi sınaq qarşısında; Senatda Azərbaycanla sərt siyasət qurulmasının tərəfdarları yeni səfirin daha prinsipial olmasını arzulayırlar, amma daha bir variant da var; bəs, 10-cu səfir kim olacaq?..
Krımın ilhaqından sonra Rusiya ilə Qərb arasında başlamış “soyuq müharibə” sərhədləri aşaraq ABŞ-la Azərbaycanın münasibətlərində də ciddi problemlər yaradıb. Qərblə Rusiya arasında münaqişə sanksiyalar mərhələsinə keçməmişdən əvvəl qeyd etmişdik ki, rəsmi Bakının Moskva ilə yaxınlaşması xüsusilə, Amerikanı ciddi narahat edir. 
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibədə hakimiyyəti ciddi tənqid etməsi, iqtidarda anti-Qərb əhval-ruhiyyəli məmurların olduğunu deməsi Vaşinqtonun məhz Rusiya ilə yaxınlaşmadan yaranmış narahatlığın ifadəsi kimi izah edilirdi. Hakimiyyət təmsilçilərinin bu müsahibədən sonra səfirə hücumları və dövlət televiziyasının açıq-aşkar anti-Amerika ritorikasına yer verməsi iki ölkə arasında münasibətlərin son dərəcə gərgin olduğunu təsdiqlədi. Bu gərginliyin məhz Rusiya ilə münasibətlərin səbəb olduğunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin qəfil “Rusiya-24" kanalının canlı yayımına çıxması bir daha təsdiqlədi. Bu, 22 illik Azərbaycan-Amerika diplomatik münasibətləri tarixində bəlkə də ilk dəfə idi ki, Azərbaycanın rəsmi şəxsi Rusiya telekanalında ABŞ səfirini ciddi tənqid edirdi. 
 
Əli Hüseynli deyib ki, ABŞ səfiri Riçard Morninqstarı Azərbaycanın balanslı siyasəti narahat edir: “Bu hadisələr o zamana meydana gəlir ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış siyasət yürüdür və öz mövqeyini ortaya qoyur. Onu da deyim ki, ABŞ-ın da Qafqaz regionunda maraqları var. Azərbaycanı Ukrayna ilə müqayisə etmək düzgün deyil. Çünki artıq neçə il idi ki, Ukraynada siyasi cəhətdən gərginlik var idi və bu hadisələr gözlənilən idi. Azərbaycanda isə bu baxımdan heç bir problem yoxdur. Bizim ölkədə heç vaxt belə məsələlər gündəmə gəlməyəcək, çünki xalq öz seçimini edib”.
İxtisasca hüquqşünas olan Ə.Hüseynli yaxşı bilir ki, dost dedikləri bir ölkənin (Rusiya) tribunasından strateji müttəfiq elan etdikləri başqa bir dövlətin(ABŞ) səfirini bu cür tənqid etmək qəbuledilməzdir, yanlışdır və kobud diplomatik səhvdir. Bu mövqenin Ag Evdə də necə qarşılandığı da aydındır. Bu, müsahibənin Qərbin “yeni SSRİ” adlandırdığı Avrasiya İqtisadi Birliyinin rəsmən yaradılmasından bir neçə dəqiqə sonra efirə verilməsi də maraqlı təsadüfdür. Təsadüfmü?
 Amerika ilə iqtidar arasında gərginlik pik həddə
Məlumatlara görə, ABŞ-la Azərbaycanla arasında diplomatik gərginlik son günlər daha da artıb və Vaşinqton artıq səfirinin Bakıdan daha tez geri çağırmaq üçün hərəkətə keçib. Amerika səfirliyi 2012-ci ilin avqustunda Bakıya səfir kimi gələn Riçard Morninqstar avqustun 1-də Azərbaycanı tərk edəcəyini bəyan edib. Amma Qərb diplomatlarından birinin əməkdaşımıza verdiyi xəbərə görə, Dövlət Departamenti ABŞ səfirini avqustundan daha tez Vaşinqtona qayıtmasını istəyir. Dövlət Departamentinin bu addımı rəsmi Bakıya etiraz kimi izah edilir.
Gələn ilin avqust ayının sonunda səlahiyyət müddəti bitəcək Morninqstarın iki ili tamam olmamış ölkədən getməsi Vaşinqtonun Azərbaycanla münasibətlərində ciddi korrektələr edəcəyi ilə bağlı xəbərləri təsdiqləyir. Qərb diplomatı onu da deyib ki, xeyli yaşlaşmış Morninqstarın dəyişdirilməsi ilə bağlı qərar həqiqətən də bu qalmaqallı müsahibədən əvvəl verilib. Bu, həm də o anlama gəlir ki, Vaşinqtonla rəsmi Bakı arasında 2013-cü ilin prezident seçkilərindən sonra yaranmış gərginlik(Amerika seçkinin nəticələrini şübhə altına alan ATƏT-in mövqeyini müdafiə etdi və prezidentə təbriki xeyli yubatdı) davam edib və səfirin müsahibəsi aysberqin yalnız görünən hissəsi, bəlkə də son damlası olub.
Mənbənin məlumatında deyilir ki, səfirin vida görüşləri üçün proqram artıq hazırlanıb. Mayın 29-da Amerika səfiri Azərbaycan Xarici İşlər Nazirliyində olub. Maraqlıdır ki, səfir XİN-ə Elmar Məmmədyarovun Bakıda olmadığı vaxtda gedib. (Qeyd edək ki, xarici işlər naziri Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII  konfransında iştirak edir). Səfirlik Morniqstarın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşdüyünü təsdiq edib və yalnız bir cümləlik açıqlama ilə kifayətlənib: “Görüşdə tərəflər ətraf mühitlə bağlı bir sıra məsələləri müzakirə ediblər”.
Daha bir sensasion məlumat budur ki, Amerika Morninqstarın geri çağırdıqdan sonra Azərbaycana səfir göndərib-göndərməmklə bağlı ciddi müzakirələr gedir. Mənbə deyib ki, Senatda Azərbaycanla sərt siyasət qurulmasının tərəfdarı olanlar Bakıya yeni səfirin təyinatı arzulayırlar və artıq onların namizədi də var. Yeri gəlmişkən, Kremlin az qala nifrət etdiyi ABŞ səfiri Mayk Makfolun geri çağırılmasından dərhal sonra Senat bu ölkəyə Rusiyaya qarşı daha sərt mövqeyi ilə tanınan Con Tefti təyin etdi. Ehtimal var ki, Vaşinqton Bakıya da demokratiya məsələlərində daha sərt siyasət və prinsipial diplomat göndərsin. İkinci variant və daha real olan bududur ki, ABŞ Senatdakı tətili bəhanə edərək Bakıya səfir təyinatını yenə yubatsın. Bu da diplomatik etirazlın bir formasıdır və Dövlət Departamenti bu praktikadan istifadə edib.
Qeyd edək ki, Senatda yay tətili təxminən sentyabrın sonlarından tez bitməyəcək və səfirlə bağlı müzakirələr də ən yaxşı halda oktyabrda başlaya bilər. Xatırladaq ki, Enn Dersi 2009-cu ildə səlahiyyət müddəti bitdikdən sonra ABŞ iki il Bakıya səfir təyin etmədi.
Bu vaxtadək ABŞ-ın Azərbaycanda 9 səfiri olub.
Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rino Haniş (2003-2006), Enn Dersi (2006-2009), Metyu Brayza (2011-2012) və nəhayət, 9-cu səfir Riçard Morninqstar.
Ukrayna hadisələrinin gedişi göstərir ki, ABŞ-la Rusiya arasında “soyuq müharibə” hələ uzun müddət davam edəcək. Azərbaycan dünyanın supergücü olan Amerika ilə münasibətlərinin bu dövrdə necə olacağından çox şey asılıdır. Eləcə də Morninqstartın xələfindən...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024