Gündəm / Karusel (7-03-2014, 15:13)
Bakıda məmurlara qarşı gizli oyun ifşa olundu
Azərbaycanda gedən proseslər, profilindən asılı olmayaraq, beynəlxalq təsisatların, o cümlədən, medianın daim diqqət mərkəzindədir.
Ölkənin iqtisadi potensialından, bu sahədə əldə olunan nailiyyətlərindən tutmuş, ictimai-siyasi həyatında baş verənlər maraqla qarşılanır və bu, mediada daha geniş əksini tapır.
Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri də Azərbaycana dair məqalə dərc edib. Bakupost.az həmin yazını diqqətinizə çatdırır.
***
Azərbaycanda müasir islam dövlətinin yaradılmasını qarşısına məqsəd qoyan Türkiyənin dini lideri ilə əlaqəsi olan bir sıra məmur, deputat və sahibkar ətrafında guya yeni qalmaqal yaranır. Lakin ekspertlər hesab edir ki, bu, ölkənin kübar həyatındakı dəyişikliklərin əlamətidir. Bu, hakimiyyətdə köhnə qvardiya ilə məmurların yeni nəsli arasında mübarizənin başlanılmasıdır.
Həkəkat Türkiyə, Azərbaycan və Mərkəzi Asiyada geniş ümumtəhsil məktəblər şəbəkəsi yaradıb. Artıq neçə gündür ki, hərəkata qoşulan və dünyəvi dövlətin ləğv edilməsi üçün mübarizə aparan bir sıra deputat və məmur haqqında diskussiyalar mətbuatın gündəmini zəbt edib. Onlar öz “etibarlı mənbə”lərinə istinadən iddia edirlər ki, hərəkatın təmsilçiləri faktiki olaraq Türkiyə və Azərbaycan hakimiyyətinin bütün təsisatlarında, o cümlədən prezident administrasiyasında kök salıb.
Diqqətçəkən məqam odur ki, həmin nəşrlərin təqdim etdiyi siyahıya daxil olunanların əksəriyyəti mükəmməl ali təhsilli, bir neçə dildə danışan, enerjili və sosial şəkəbələrdən məharətlə istifadə etməyi bacaran gənc kadrlardır. Görünür, onların bu qabiliyyəti kimlərinsə ürəyincə deyil.
İnformasiya gündəminin dəyişilməsini təhlil edən “Xəzər” analitik mərkəzinin ekspertləri bu qənaətə gəliblər ki, böyük ümidlər bəslənən dövlət məmurlarına hücum, onların vəhhabi radikal hərəkatının fəaliyyətinə dair mövqelərini açıqlamasından sonra başlanıldı.
“Xəzər” analitik mərkəzinin ekspertlərinin fikrincə, ilk növbədə, ictimai-siyasi dialoqun istiqaməti dəyişdirildi, yəni vəhhabilərdən, guya ölkənin ictimai həyatında mühüm mövqelər tutan nurçulara yönəldildi. Digər tərəfdən, hadisələrin ictimai-siyasi fonda bu cür inkişafı və ölkənin informasiya məkanında gündəmi zəbt etməsi “vəhhabiliyi” dəstəkləyən qüvvələrə öz təsir miqyasını göstərmək imkanı yaratdı. Bunu müxalifətin “Yeni Müsavat” qəzeti də təsdiq etməyə məcbur oldu. Qəzet yazıb ki, ölkə mediası vəhhabilər və onların himayədarları tərəfindən güclü təzyiqə məruz qalır.
Bəzi təhlilçilər hesab edir ki, gənc məmurlara qarşı təşkil olunan kütləvi hücumlar çox güman ki, həyatlarını kabinetlərdə sürən köhnə məmurlar tərəfindən təşkil olunub. Gələcəklərindən narahat olan həmin məmurlar bu yolla özlərinin potensial rəqiblərini sıradan çıxarmağa çalışırlar. Ekspertlər əlavə edirlər ki, böyük nüfuz sahibi olan məhz həmin məmurlar ölkənin informasiya gündəmini bir göz qırpımında dəyəşə bilirlər.
Nəticə ondan ibarətdir ki, Azərbaycanın hakimiyyət qanadında gənc islahatçılarla köhnə qvardiya arasında mübarizə başlayıb.