Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-02-2014, 20:38)
 Qərib Məmmədovun işçisindən narazılıq var - Qubada torpaq qalmadı

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində özbaşınalıqların, saxtakarlığın və digər korrupsiya hallarının baş alıb getdiyi barədə redaksiyamıza çoxsaylı şikayət məktubları daxil olmaqda davam edir. Qeyd edək ki, sözü gedən şöbənin müdiri Allahverdi Xudaverdiyevin yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar dəfələrlə ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində dərc olunub. Bu faktların əsasında isə ilk növbədə Allahverdi müəllimin kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. Məlumatlarda bildirilir ki, bu gün şöbə müdirinin xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirlər. Belə faktlar saysız-hesabsızdır. Elə bəzi bələdiyyə sədrlərinin Allahverdi Xudaverdiyevə olan rəğbətləri də məhz onun bu kimi maxinasiyalarından qidalanır. Narazılıqların yaranmasına daha bir səbəb kimi də torpaq şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir. 

Lakin bu şöbənin fəaliyyətində yer almış neqativ hallara dair yerli sakinlərin çoxsaylı şikayət məktubları müxtəlif instansiyalara davamlı olaraq ünvanlansa da, aidiyyatı olan qurumlar şöbənin rəisi Allahverdi Xudaverdiyevin yarıtmaz fəaliyyətinə son qoymaq üçün hələ də heç bir tədbir görməyiblər. Torpaq şöbəsinin müdiri isə yaranmış vəziyyətdən sui istifadə edərək yeni-yeni maxinasiyalara əl atır. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Quba rayonunda 20-yə yaxın fiziki və hüquqi şəxs öz torpaq sahələrini 2008-ci ilin fevral-may aylarında alıblar. Ancaq sənədlər köhnə tarixlə yazılıb. Bunu vergi və sosial ödəmələr, hətta banka rüsum ödəmələri də sübut edir. Həmçinin məlumatlarda qeyd olunur ki, Allahverdi Xudaverdiyev ən müxtəlif əsassız bəhanələr gətirməklə, əvvəlki vaxtlarda verilmiş sənədləri etibarsız elan edir. 

Mahiyyətcə isə, məqsəd yalnız torpaq sahiblərindən yenidən rüşvət qoparmaqdır. Təbii ki vətəndaşlar buna etiraz edərək bildirirlər ki, müvafiq dövlət rüsumunu da, hətta tələb olunan rüşvəti də artıq ödəyiblər. Lakin onların bu bəyanatları Allahverdi müəllimi qətiyyən maraqlandırmır. Belə ki, istədiyini almayacağı təqdirdə şöbə müdiri vətəndaşları aldıqları torpaqlara olan mülkiyyət hüquqlarından belə məhrum edəcəyi ilə hədələyir.

Biz ötən yazılarımızda da belə bir faktı qeyd etmişdik ki, son vaxtlar ölkə mətbuatında Quba rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb, o zaman rayonda vəziyyətin nə dərəcədə kritik hala çatması barədə təxmini təsəvvür almaq olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün Qubalıları ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində baş verən özbaşınalıqlar da sözsüz ki, yerli sakinlərin etirazlarını stimullaşdıran məqamlardan biri kimi qəbul edilməlidir. Mənbələr isə iddia edirlər ki, Quba rayon İcra Hakimiyyətində A.Xudaverdiyevin bu qanunsuz əməllərində nəinki xəbərdardırlar, hətta bu qurumun strukturunda yer almış bəzi qüvvələr onu istiqamətləndirir və təqdir edirlər...

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024