Sosial (18-02-2014, 15:59)
“Gənclər Azərbaycanın demokratikləşməsinə öz töhfəsini verəcək”
Ümid Partiyasının PR sektorunun sədri Ülviyyə İsmət partiyanın mətbuat xidmətinə gənclərin siyasətdə rolu və işlədiyi sektorun fəaliyyəti ilə bağlı müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.
- İşlədiyiniz sektor hansı istiqamətlərdə fəaliyyət göstərir? partiyada olduğunuz müddətdə gördüyünüz işlər haqqında məlumat verərdiniz.
- İlk öncə onu qeyd edim ki, Ümid ailəsinə yeni qoşulmuşam. İşlədiyim PR sektoru yeni bir sahədir. Bura insanlarla münasibətin qurulması, partiyanın tanıtmaq, imiciini formalaşdırmaq, korporativ nəşrlər (qəzet, jurnal, internet və s.), digər media orqanları ilə tərəfdaşlıqlar daxildir.. Hazırda bu işi əsasən internet üzərindən aparırıq. Saytımız hazırlanma mərhələsində olduğu üçün digər xəbər saytları ilə əlaqəli işləyirik və insanlarla ünsiyyət üçün sosial şəbəkələrdən istifadə edirik. Bu həm də bizə partiya üzvləri ilə mütəmadi əlaqə saxlamaq, Partiya sədrinə olunan müraciətlərə zamanında cavab vermək imkanını yaradır. PR bölməsi əsasən partiyanın Mətbuat Xidməti ilə birlikdə hərəkət edir. İşimiz bir-biri ilə çox əlaqəlidir. Yeri gəlmişkən Mətbuat Xidmətinə də təşəkkür edirəm ki, yeni sahə olduğu üçün köməklərini əsirgəmirlər. Əlbəttə yeni sahə olduğu üçün çatışmazlıqları da var. Amma ümid edirəm ki, yaxın vaxtlarda bütün çatışmamazlıqlar öz həllini tapacaq. Bununla bağlı artıq fəaliyyət planı hazırlanıb.
- Bəs bu fəaliyyət planına nələri daxil etmisiniz?
- İlk öncə Partiyanın öz saytının yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşuq. Hazırda üzərində tamamlama işləri gedir. Saytda Ümid Partiyası haqqında məlumatlar, görülən işlər, eyni zamanda məqalələr, köşə yazıları, ölkədə və regionda baş verən proseslər barədə ictimai-siyasi və analitik yazılar yerləşdiriləcək.
- Bəs deyə bilərsinizmi sizin PR siyasətində öncəliklər hansılardır?
- Bildiyimiz kimi bu il bələdiyyə seçkiləri keçiriləcək. Partiyamız da məhz bu prosesə köklənib. Hazırda namizədlərin müəyyən edilmə istiqamətində işlər görülür. Partiyamızın rayon şöbələri ilə mütəmadi əlaqələr saxlayaraq seçkilərlə bağlı görülən işlər, ümumilikdə partiyanın xətti üzrə aparılan fəaliyyət planı haqqında məsləhətləşmələr edirik. Biz də PR sektoru olaraq bu istiqamətdə öz təbliğatımızı səmərəli qurmaq, daha uğurlu nəticə əldə etmək üçün çalışırıq.
- Gənc olmağınıza baxmayaraq bu sahədə fəaliyyət göstərirsiniz. Bunun sizə nə kimi mənfi və ya müsbət təsirləri var?
- Mən düşünmürəm ki, siyasətin yaşı və cinsiyyəti olur. Bu bir yoldur və bu yol siyasəti dərk edən və bacaran hər kəs üçündür. Hələlik xalqın gözü yaşlı insanları dövlət strukturlarında görməyə öyrənib. Cəmiyyətdə gənc siyasətçilər, əsasən də siyasətlə məşğul olan xanımlar, yeni fikir sahibləri birmənalı qarşılanmır. Amma hesab edirik ki, siyasətə yeni simalar gəlməli, siyasi-ictimai işlərdə və dövlət strukturlarında gender bərabərliyi qorunmalıdır. Qadınlar siyasətdə müşahidəçisi deyil, iştirakçı olmalıdırlar. Biz çalışırıq ki, siyasətdə və ictimai-siyasi işlərdə fəaliyyət göstərən qadınlara qarşı neqativ fikirlər ortadan qalxsın. Bu səbəbdəndir ki, Ümid Partiyasının müxtəlif orqanlarında kifayət qədər xanım siyasətçilərə yer verilib.
Mənim Ümid Partiyasına rəğbətim çoxdan mövcud idi. Həm Partiyasının iş prinsipi, həm də partiyamızın sədri, millət vəkili İqbal Ağazadənin siyasi xəttini təqdir edirdim. Bu ailəyə qoşulmağım da elə bu rəğbət səbəb oldu. Jurnalistika sahəsində fəaliyyətimi Ümid Partiyasında davam etdirmək qərarı verdim . Biz partiyadaşlar olaraq Ümid Partiyasına məhz ailə gözü ilə baxırıq. Bura bizim 2-ci evimizdir. Bir-birinə hörmət edən, köməkçi olan kollektivimiz var. Siyasətdə yeni olsam da, partiyada kollektivə tez uyğunlaşıb, işləməkdə problem olmadı. Çünki, partiya sədri də daxil olmaqla buradakı kollektivin hər birindən sıcaq münasibət gördüm.
Siyasətdə gənclərin roluna gəldikdə isə, bu son zamanlar özünü daha qabarıq şəkildə göstərir. Dünya təcrübələrinə baxsaq görərik ki, siyasət əsasən biz gənclərin işidir. Çünki, ölkənin gələcək uğurları biz gənclərdən asılıdır. Qonşu Türkiyəyə fikir versək görəcəyik ki, orda partiya üzvü olmayan, partiyaları dəstəkləməyən, proseslərdə iştirak etməyən çox az sayda insan tapmaq olar. Gənc, yaşlı, hər kəs siyasətlə maraqlanır, proseslərə qoşulur və seçkilərdə hansısa namizədi açıq şəkildə dəstəkləyir. Ölkənin problemlərinin həllində də fəal iştirak edirlər. Amerikanın özündə belə gənc siyasi liderlərin yetişdirilməsinə ciddi önəm verilir. Bildiyimiz kimi orda əsas iki partiya, Respublikaçılar və Demokratlar partiyası fəaliyyət göstərir. Hər partiya özü üçün təlimlər, seminarlar keçir, liderlik məktəbi adı altında gələcək üçün gənc siyasətçilər və liderlər hazırlayırlar. Bizdə isə hələlik bu tendensiya tam formalaşmayıb. Azərbaycanda gənclərin siyasətlə məşğul olmasını hakimiyyətin repressiya siyasəti də əngəlləyir. Həbsləri, onlara ailələrinə edilən təzyiqlər gənclərin siyasətə gəlməsində daha çox problemlər yaradır. Bunlar bizi çəkindirməməlidir. 27 il həbs yatan Nelson Mandella sonradan ölkəsinin prezidenti, dünyanın isə demokrat saydığı liderə çevrildi. Ölkəsi üçün çox önəmli işlər gördü. Əgər biz bir yola çıxmışıqsa orda maneələr də, çətinlik və məhrumiyyətlər də olacaq. Hər halda getdiyimiz yolda inamla, ümidlə irəliləməliyik. Düşünürəm ki, artıq bizdə də gənc liderlər yetişir və onlar savadları, intellektləri və yeni təfəkkürləri ilə Azərbaycanın gələcəyi ilə bağlı böyük işlər görəcək, ölkənin demokratikləşməsinə öz töhfələrini verəcəklər.
- Ümid partiyasında gənclərin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Partiyamızda gənclərin fəaliyyəti üçün yetərincə imkanlar yaradılıb. Yeni-yeni gənclər sıralarımıza qoşulmaqdadır. Bunların çoxu tələbələr və ali təsilini başa vurmuş gənclərdir.Yaxınlarda partiyanın Gənclər Təşkilatı öz növbədənkənar konfransını keçirəcək. Bunun üçün artıq gənclərdən ibarət konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Və gənclər konfransa ciddi şəkildə hazırlaşırlar.
Çalışırıq ki, bu il keçiriləcək bələdiyyə seçkilərində də irəli sürüləcək namizədlər arasında daha çox gənc kadrlar, eləcə də xanımlar olsun. Gənclərə ümidlərimiz böyükdür və bu işdə partiya tərəfindən lazımı siyasi və mənəvi dəstəyin verilməsi qarşıya məqsəd kimi qoyulub. Bu səbəbdəndir ki, bizi seçən intellektual gənclərin sayı artır. İnanırıq ki, biz gənclərlə əl-ələ verərək Azərbaycanın demokratikləşməsi istiqamətində lazımı işlər görə biləcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024