Gündəm / Slayd (19-01-2015, 14:40)
Abbas Abbasova “AzerRos” zərbəsi
“Milyarderlər İttifaqı”nı sıradan çıxarmaq yönündə Bakının mühüm uğuru
Təşkilatın növbədənkənar qurultayında onun sədri olduğu Ağsaqqallar Şurası ləğv edildi, ünvanına kəskin ittihamlar səsləndi:
“O, qurumu intriqa yuvasına çevirmişdi...”; RATİ üzvünün adamı – “AzerRos” prezidenti Asif Məhərrəmov da ağır danlaq yiyəsi edilərək rəhbərlikdən uzaqlaşdırıldı...
Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində parçalanma baş verdiyi haqda yazmışdıq. Təşkilatın yanvarın 17-ə təyin edilmiş növbədənkənar qurultayının gərgin keçəcəyi barədə də “Yeni Müsavat” öz qeydlərini oxucuların diqqətinə çatdırmışdı. Səbəblər isə qurum rəhbərliyində yaranmış dərin ziddiyyətlərlə bağlı idi. Təxminlər özünü doğruldub.
Ötən şənbə Moskvada baş tutan, sayca VI olan qurultayda Rusiyanın 34 regionundan olan 80 nümayəndə, 42 nəfər isə digər ictimai təşkilatın nümayəndəsi kimi iştirak edib (APA). Qurultayda Ümumrusiya Azərbaycan Konqresinin regional bölmə rəhbərləri iştirak ediblər.
Tədbiri açan “AzerRos”un fəxri prezidenti Söyün Sadıqov son qurultaydan keçən iki ildə qurumda böyük münaqişələrin yaşandığını bildirib: “Bu intriqalar təşkilatın fəaliyyətini iflic edib. Bütün bunlara dərhal son verilməlidir. Bizi təkcə Rusiya hökuməti yox, Azərbaycan hökuməti də dəstəkləməlidir. ”Azerros" heç kəsə deyil, Rusiyada yaşayan həmvətənlərimizə xidmət etməlidir. Son iki ildə təşkilatı pis günə qoyublar. Axırıncı qurultayda prezident seçilən Asif Məhərrəmov təşkilat üçün bir iş görmədi.
Mən indiki qurultay iştirakçılarından keçən qurultayda baş verənlərə görə üzr istəyirəm. Asif Məhərrəmovun namizədliyini dəstəkləyəndə onu bacarıqlı birisi bilirdim. Neçə il polis orqanlarında çalışıb. Lakin ümidləri doğrultmadı. “AzerRos”da vəzifə tutmaq gələcəkdə hansısa ölkədə nazir və ya digər vəzifə sahibi olmaq demək deyil. Amma Asif Məhərrəmov və digərləri bunu başqa cür başa düşürdülər".
Daha sonra digər çıxışlar olub. Təşkilat prezidentliyinə 5 namizəddən biri, Moskvadakı Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev qurumun bu vəziyyətə düşməsində Ağsaqqallar Şurasının sədri Abbas Abbasovu ittiham edib: “Abbas Abbasov təşkilatı intriqa yuvasına çevirdi. Vəziyyətin bu həddə çatması məhz onun günahıdır”. O, qurultayda bu il martın 6-na qədər fasilə elan edilməsini və Federal Şura üzvləri ilə dialoqun davam etdirilməsini təklif edib: “Biz Abbas Abbasovun ”düşərgəsində" olan Şura üzvlərinə təşkilatla bağlı dialoq təklif edirik".
***
Ali tədbirə qurumun istefa vermiş prezidenti Asif Məhərrəmov da qatılıb. Ona “AzerRos” üzvləri suallar ünvanlayıb. Asif Məhərrəmovun qurultayın bu formatda keçirilməsinə etirazını bildirməsi iştirakçıların qəzəbinə səbəb olub. Qurultayın gedişində Söyün Sadıqovla Asif Məhərrəmov arasında mübahisə də yaşanıb. Daha sonra Məhərrəmov qurultayı tərk edib.
Mandat Komissiyasının sədri Qalib Hüseynov VI qurultayın keçirilməsi üçün yetərsayın olduğunu bildirib. Qurultayın sədri Söyün Sadıqov, katibi isə Nizami Bəşirov seçilib. İştirakçılar bir sıra məsələləri müzakirəyə çıxarıblar. Keçmiş prezident Asif Məhərrəmovun istefası təsdiqlənib. Qurumun yeni nizamnaməsi qəbul olunub, Ağsaqqallar Şurası ləğv edilib. Qurultaya hazırlıq işlərinin davam etdirilməsi qərara alınıb və onun işində 2015-ci il martın 6-na kimi fasilə elan olunub.
***
Yada salaq ki, Ağsaqqallar Şurasının sədri Azərbaycan baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovdur. “AzerRos”un ali toplantısına o qatılmamışdı... Beləliklə, əminliklə demək olar ki, qurultayın birinci hissəsi Abbas Abbasov və ötən qurultayda onun təkidi ilə prezident seçilmiş Asif Məhərrəmov üçün fiasko ilə yekunlaşıb. Onların hər ikisi rəhbərlikdən uzaqlaşdırılıb, üstəlik, ciddi ittihamlara tuş gəliblər. Ən önəmlisi, Abbas Abbasovun təşkilata iddiaları hələ prezidentlik yarışı başlamamış böyük ölçüdə zəiflədilib.
Onu da xatırladaq ki, Abbasov 2013-cü ilin prezident seçkiləri ilində Azərbaycan iqtidarını ciddi şəkildə rahatsız etmiş “Milyarderlər İttifaqı”nın (RATİ) ən odioz fiquru sayılır. Bəzi ehtimallara görə, qurum daxilində son yaşananlar 2012-cü ildə yaradılmış RATİ-ni zəiflətmək və sıradan çıxarmaq planının tərkib hissəsidir. Başlıca hədəf isə A.Abbasovdur.
Məsələ də ondadır ki, 2013-cü ilin prezident seçkiləri zamanı RATİ, ələlxüsus da Abbas Abbasov Azərbaycan iqtidarına kifayət qədər narahatlıq yaradıb. Doğrudur, seçkilərdən sonra o, hakimiyyətlə körpüləri bərpa etməyə çalışıb, əvvəlki kəskin mövqeyinə əks-mövqe sərgiləyib. Ancaq Bakı tərəfindən reabilitasiyaya da nail olmayıb.
Bu xüsusda istisna olunmur ki, “AzerRos” rəhbərliyində gedən proseslər və parçalanmalar gələn ilki parlament seçkilərinədək “Milyarderlər ittifaqı”nı tam təsirsiz hala gətirmək, yaxud darmadağın eləmək planının tərkib hissəsidir. Müşahidəçilərə görə, Bakı iqtidarı son iki ildə bu formatı sıradan çıxarmaq, onun və mərkəzi fiqur kimi Abbas Abbasovun “Azərbaycana uzanan əllərini” kəsmək üçün mümkün hər şeyi etməkdədir. RATİ üzvü, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun ölkəyə buraxılmaması da eyni mərama hesablanan addımlardan sayılır.
Lakin əsas hədəf qeyd edildiyi kimi, Abbas Abbasov və onun təsir dairəsinə düşən ictimai təşkilatlar, şəxslərdir. Hesab eləmək olar ki, hakimiyyət bu planının birinci hissəsini uğurla reallaşdırıb. Martın 6-nı gözləyək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024