Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (13-01-2015, 18:56)
“Bunların başında Abbas Abbasov dayanır“

 

"Azərros" Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının üzvü, “Azərros”un Moskva vilayət təşkilatının sədri Qalib Ağayev təşkilat daxilində baş verənlərə münasibət bildirib

 

Q. Ağayev APA-ya deyib ki, qurumun prezidenti Asif Məhərrəmov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun gəlişindən sonra təşkilat problemlərlə üzləşməyə başlayıb.
 
Hazırda “Azərros”un bütün mexanizmlərinin A. Məhərrəmovla A. Abbasovun maraqlarına xidmət etdiyini bildirən Q. Ağayev təşkilat daxilində intriqa, hədə-qorxu və şantaj abu-havasının hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, son 1,5 il ərzində Azərbaycanın əlamətdar tarixi ilə bağlı heç bir tədbir keçirilməyib, digər xalqların milli-mədəni təşkilatları ilə mövcud əlaqələr pozulub. 
 
Q. Ağayev bildirib ki, ötən ilin may ayında A. Məhərrəmov Azərbaycana səfəri zamanı yerli hüquq-mühafizə orqanlarında görüşlər keçirib, “Azərros”un bəzi nümayəndələri haqqında məlumatlar toplayıb: “Bu bizim narazılığımıza səbəb olub. Çünki bu məlumatlar sonradan Asif Məhərrəmov tərəfindən “Azərros” üzvlərinə qarşı çirkli məqsədlərlə istifadə edilirdi. Öz etirazlarımızı bildirəndə isə, Abbas Abbasovun adı ilə, onun Azərbaycan və Rusiyadakı güclü əlaqələri ilə hədə-qorxu gəlməyə başladılar. Lakin bu bizi qorxuda bilməzdi, çünki biz Azərbaycan xalqının mənafeyinə, ölkələrimizin dostluğuna xidmət edirik”.
 
Q. Ağayev qeyd edib ki, “Azərros”un nüfuzundan artıq heç bir şey qalmayıb: “Bu gün bu, müxalifət kimi tanınan, hamının uzaq gəzdiyi bir təşkilatdır”. A. Məhərrəmovla A. Abbasovun hazırda “Azərros”un hesabat-seçki xarakterli qurultayının keçirilməsini əngəlləmək üçün əllərindən gələni etdiklərini deyən Q. Ağayev bildirib ki, onlar təşkilatın ən fəal üzvlərinin adını ləkələmək üçün Rusiyanın hüquq-mühafizə orqanlarına, prokurorluğa, Prezident Administrasiyasına böhtan dolu məktublar göndərirlər.
 
“İndi tam əminliklə söyləmək olar ki, Asif Məhərrəmovun yanlış və dağıdıcı fəaliyyəti əslində Abbas Abbasovun siyasəti imiş. O sadəcə olaraq şəxsi maraqlar naminə Rusiyada yaşayan bir çox azərbaycanlının etimadından sui-istifadə edib və nəticədə onları Azərbaycanın düşməni edib. Bu insanlar Rusiyadakı azərbaycanlılar adından çıxış edərək qısa müddət ərzində təşkilatı Azərbaycana qarşı müxalifətə çevirdilər. Bu gün onlar tərəfindən Moskva və regionlarda Azərbaycana qarşı yönəlik təbliğat aparılır. Refionlardakı diaspora nümayəndələrinin bir çoxu onlara inanaraq səhv yoldadırlar. Biz Rusiya vətəndaşlarıyıq. Vladimir Putini və onun apardığı siyasəti dəstəkləyirik. Ümid edirik ki, Rusiya hakimiyyəti biz düz başa düşəcək. Abbasov və Məhərrəmov daim Rusiya hakimiyyəti nümayəndələrinin adları ilə spekulyasiya edirlər, bununla da nifaq salırlar”.
 

 

Q. Ağayev həmçinin ümidvar olduğunu bildirib ki, Azərbaycanda bütün bunları bilirlər və anlayırlar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024