Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (26-12-2014, 22:55)
Abbas Abbasova qarşı bəyanat verildi

Ölkəmizin xaricdəki diaspor təşkilatları “Azerros”un fəaliyyətindən narazıdır

 

 
Bu barədə Axar.az-a açıqlamasında Avropada fəaliyyət göstərən “Azərbaycanın dostları” cəmiyyətinin rəhbəri Elman Mustafazadə bəyan edib.
 O bildirib ki, isgal altında olan Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə səy göstərməklə bağlı “Azerros”a müraciətləri cavabsız qalıb: 
“Biz Avropada “Azərbaycanın Dostları” Cəmiyyəti olaraq, dəfələrlə girovlarımızla baglı Moskvadakı diaspor fəallarımızla, "Azerros"un rəhbərliyi ilə əlaqə qurmaga çalışdıq. Dəfələrlə bildirmişik ki, Dilqəm Əsgərov Rusiya Federasiyasının vətəndaşıdır. Çox təəssüflər olsun ki, müsbət cavab almadıq”. 
E.Mustafazadə bu gun faktiki olaraq “Azerros”un Azərbaycanın milli maraqlarına xidmət etmədiyini deyib: 
“Ədalət naminə deməliyəm ki, “Azerros”un keçmiş rəhbəri Söyün Sadıqov hec bir vaxt belə özbasınalıga yol verməyib. O öz millətinə yuxarıdan aşağı baxmamışdı. Əksinə, Azərbaycanla bağlı çoxlu kitablar, bukletlər nəşr etdirən, Rusiyada təhsil alan tələbələrə hər cür yardım edən hörmətli Söyün bəy, çox təəssüfler olsun ki, etibar edib “Azerros”u təhvil verdiyi dostları açıq-açığına antimilli mövqe tutdular”.
Avropada “Azərbaycanın dostları” Cəmiyyəti bütün bu neqativ halları nəzərə alaraq növbəti ildə “Azerros”da Tahir Hacıyevin rəhbərliyi ilə 7 nəfərdən ibarət Təşkilat Komitəsinə növbədənkənar keçiriləcək seçkini dəstəklədiklərini bəyan edib. 
E.Mustafazadə diaspor fəaliyyətinin milli maraqlara söykənməli olduğunu vurğulayıb.
Xatırladaq ki, Söyün Sadıqov ötən ilin yanvarında keçirilən qurultayda təşkilatın prezidentliyindən istefa verib və qurumda struktur islahatları aparılıb. “Azerros”un idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edilib. 
 
Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov Ağsaqqallar Şurasının sədridir.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024