Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (17-01-2015, 11:25)
Qərb Azərbaycan QHT-lərini maliyyələşdirməkdə davam edəcək

Qərbdən Azərbaycanın QHT sektoruna “nəfəslik”...

 

 
Bank hesabları bağlanan və fəaliyyətini dayandıran təşkilatlar Gürcüstanda qeydiyyatdan keçir; nağd pul kapitalı üçün Tiflisdə bank hesabları açılır.
Azərbaycanda son bir ildə qeyri-hökumət təşkilatlarına olan basqılar, bank hesablarının dondurulması və liderlərinin həbsi bu sektoru tamamilə çökdürüb. Vətəndaş cəmiyyəti rəhbərlərinin müxtəlif ittihamlarla həbs edilməsi QHT sektorunda heç zaman olmadığı bir mürəkkəb situasiya yaradıb.
Onlarla təşkilat üzvü istintaq altındadır, maaşlarını ala bilmir, ofislər formal fəaliyyətdədir. Müxalifət ötən ilin sonuna qədər baş verən bu hadisələri repressiya kimi qiymətləndirir.
Bütövlükdə baş verənlərə statistik olaraq nəzər yetirsək, Qərbin donor təşkilatları ilə əməkdaşlıq edən bütün QHT-lər işini dayandırmağa məcbur olub. İndiyəcən 20-yə yaxın QHT-nin bank hesabına həbs qoyulub. Hətta bu təşkilatlardan bəzilərinin barəsində cinayət işi açılıb.
Hüquq müdafiəçiləri Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov barəsində həbs-qətimkan tədbiri seçilib. Yalnız “Qadın Krizis” Mərkəzinin rəhbəri Mətanət Əzizova ölkədən çıxmağa müvəffəq olub, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun isə harada olduğu bilinmir. Rəşid Hacılının rəhbəri olduğu Media Hüquqları İnstitutu donorlarını itirib. QHT sektoru bu gərgin vəziyyətdən çıxış yolları axtarışındadır. 
Məlumata görə, bəzi QHT-lər fəaliyyətini bərpa etmək üçün Gürcüstanda qeydiyyatdan keçməyə başlayıblar. Bu barədə “Yeni Müsavat”ın əməkdaşını məlumatlandıran mənbənin iddialarına görə, QHT sektoru özünə nəfəslik tapıb və reabilitasiya üçün Tiflisi seçilib. 
Mənbənin qeydlərinə görə, bəzi QHT-lər artıq Gürcüstanda banklarda qeydiyyatdan keçmək üçün prosedur qaydalara əməl etməyə başlayıb. 
Qərbin donor təşkilatları Tiflisdə filial açmaqla Azərbaycan vətəndaş cəmiyyəti institutlarını “reanimasiya şöbəsi”nən çıxarmağa çalışır. Bu prosesə qədər qrantların nağd kapital şəklində alınması yolu sınaqdan keçirilsə də, gömrükdəki təpədən-dırnağa qədər olan yoxlamalar buna imkan verməyib. Qaynağımız qeyd edir ki, QHT sektorunda çalışan işçilər maaşlarını yalnız bu yolla əldə edə biləcək. Onun sözlərinə görə, Qərb donorları Azərbaycanda maliyyələşdirdiyi təşkilatlardan əlini çəkmədiyini bu yolla nümayiş etdirməkdədir.
“Hakimiyyət xaricdən gələn kapitalın qabağını kəsdi. Azərbaycanda qeyri-hökumət təşkilatları banklarda həbs qoyulan hesablarından pullarını çıxara bilmir. Gömrükdə N5 sistemi isə nağd pul axtarışındadır. Ölkəyə xaricdən böyük məbləğdə vəsait idxal etmək mümkünsüzləşib. Ona görə də Tiflis yenidən qurtuluş mərkəzi olaraq seçilib. Gürcüstanda filial yaradıb, qeydiyyatdan keçirlər. Bu, QHT sektoruna müvəqqəti də olsa, ”nəfəslik vermək" və özünü bərpa imkanıdır. Qərb Azərbaycanın QHT sektorunu Gürcüstanda qorumağa çalışır" deyə, mənbə bildirib. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024