Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-05-2014, 12:53)
“Bank of Azerbaijan” niyə susur?

“Bank of Azerbaijan” niyə susur?

İqtisadçı ekspert Samir Əliyev "Bank of Azerbaijan" ASC-nin müflis olması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

 

O, bu barədə facebook hesabında yazıb. O qeyd edib ki, mətbuatda "Bank of Azerbaijan" ASC-nin müflis olması, işçilərinin ixtisar olunması, filiallarının bağlanması barədə yazılar dərc olunur: 
“Bank isə susqunluq nümayiş etdirir. Bu da verilən xəbərin həqiqət olduğunu təsdiqləyir. Bank müştəriləri panikadadır. Bankomatlardan pul çıxara bilmirlər. İnsanları sakitləşdirmək üçün heç nə edilmir”.
Onun sözlərinə görə, Bank of Azerbaijan sıradan bir bank deyil: 
“Bankın ölkə üzrə 15 filialı, 38 bankomatı, 1 946 POS-terminalı var. Aktivlərinin həcmi 2014-cü ilin I rübündə 410 milyon manata yaxındır. Bank sektorunda bazar payına görə ilk 15-liyə daxildir. Bankın başına gələnlər ümumilikdə bank sektoru üçün təhlükədir. İnsanlar yavaş-yavaş bank sektoruna etibar etməyə başlayıblar. Bu tipli addımlar onları bank sektorundan qaçırır. 34 milyon manatlıq əmanət təhlükədədir. Üstəgəl bankın korporativ müştərilərinin hesabları təhlükə altındadır. Mərkəzi Bank da susqundur. Sabah insanlar kütləvi şəkildə pullarını banklardan çəksələr bank sektoru çökə bilər. Konkret addımlar atılmalıdır. Bank çoxdandır Ziya Məmmədovun deyil”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024