İtaliyanın Luka şəhərindəki Kapannori Tassignano hava limanından havaya qalxan və içərisində bir italyan pilot və 6 xarici vətəndaşın olduğu "Agusta Koala AW119" tipli helikopter radardan itib. 

"Unikal" xəbər verir  ki, helikopterin Modena şəhərindəki Pavullo nel Frignano hava limanına uçduğu, havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra helikopterlə əlaqənin kəsildiyi bildirilib.İtaliya mətbuatında çıxan xəbərdə helikopterdəki sərnişinlərdən 4-nün Türkiyə, 2-nin isə Albaniya vətəndaşı olduğu bildirilib. Modena bölgəsindəki Pievepelaqo və San Pelleqrino arasındakı bölgədə helikopter axtarış-xilasetmə əməliyyatları aparılır.