Dünya (9-06-2022, 15:00)
“Rusiya oğurluq Ukrayna buğdasını Türkiyəyə satır, özününkü adı ilə” - Səfir
Rusiya sxem fikirləşib ki, oğurluq Ukrayna buğdasının Türkiyəyə satışını necə reallaşdırsın. Məhsulu əvvəlcə Rusiya limanlarına daşıyırlar, sonra isə saxta sənədlərlə satışa çıxarırlar.Bu informasiyanı Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar «Ukrinform» portalına müsahibəsində bölüşüb.
"Təcavüzkarlar Ukrayna buğdasını oğurlayırlar, avtonəqliyyatla Sevastopol limanına daşıyıb, oradan gəmilərlə Rusiya limanlarına çıxarırlar, bundan sonra o, artıq saxta sənədlərlə Rusiya buğdası adı ilə gedir. Əgər o, sənədlərlə Sevastopoldan və ya Xersondan daxil olardısa, heç kim onu qəbul etməzdi. Krasnodardan və ya Novorossiyskdən gətirilmiş kimi qələmə verdiklərinə görə Türkiyə orqanları üçün qanun pozuntusu yoxdur. Bu, təhlükəli presedent yaradır. Və biz, Rusiyanın belə fəaliyyətinin qarşısını almalıyıq" - Bodnar bəyan edib.
Səfirin sözlərinə görə, Ukrayna tərəf qeydə alır və hər buğda oğurluğunu sənədləşdirir. Kiyev artıq Ankaraya gəmilərin siyahısını göndərib - bu gəmilər Rusiya tərəfindən və üçüncü şəxslər tərəfindən qeyri-leqal oğurluq Ukrayna məhsulunu Türkiyə limanlarına daşımaqda istifadə edilir. Ankara vəd edib ki, bunu nəzərə alacaq və situasiyanı aydınlaşdıracaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025

























