Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-03-2022, 13:04)
Politoloq: “ABŞ prezidentinin təbriki Azərbaycanla münasibətlərin ruhunu əks etdirir”

 “ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi ikitərəfli münasibətlərin ruhunu tam şəkildə əks etdirir”.
Bunu politoloq Tofiq Abbasov bildirib.
“Təbrik ikitərəfli münasibətlərin ruhunu tam şəkildə əks etdirir. Bu, Prezident Əliyevin bir çox proseslərin sabitləşməsində göstərdiyi səylərə verilən qiymətdir”, - o deyib.
Politoloq Azərbaycanın regional problemlərin həllində qibtə ediləcək manevr qabiliyyəti nümayiş etdirdiyini, həmçinin ümumilikdə sülh və sabitliyin inkişafına töhfə verdiyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan hər zaman sülhməramlı missiyaların yerinə yetirilməsinə kömək edib və məhz bu səbəbdən ölkənin mövqeyi aydındır:
“Bu mövqe dünyanın qabaqcıl oyunçularının böyük rəğbətini qazanıb. Müharibədən sonra yaranmış reallıqda biz hətta, təxminən, 30 il ərzində bütün regionu gərginlik altında saxlamış və danışıqları pozmaqla məşğul olmuş Ermənistana belə yardım əlimizi uzatmağa hazırıq. Azərbaycan hər şeyi qaydasına saldı. Buna görə də, hazırda həm regional əməkdaşlıq, həm də inteqrasiya ilə bağlı bütün məsələlərə rəsmi Bakı nəzarət edir”.
O, ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın yüksək potensialına layiqli dəyər verdiyini vurğulayıb.
“Bu yaxınlarda Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olundu. Bu münasibətlər tamamilə effektivdir. Həm rəsmi Bakı, həm də Vaşinqton regional və ikitərəfli əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindədir”, - T. Abbasov diqqətə çatdırıb.шаблоны для dle 11.2

Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024