Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-03-2022, 14:45)
Bayden-Szinpin müzakirəsi: Çin Rusiyaya mesaj verdi

 ABŞ Prezidenti Co Baydenin martın 18-də Çin lideri Si Szinpinlə videoformat çərçivəsində danışığı diqqət mərkəzindədir. Danışığın təşəbbüskarı Ağ Ev sahibi olub. Baydenin məqsədi Çin liderini Ukraynada işğalçı müharibə aparan Rusiyaya dəstəkdən çəkindirmək idi.
Mediatv.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün baş tutan Bayden-Szinpin danışıqları haqda qeyd edib.
O bildirib ki, Çin lideri 3 mühüm məqama toxunub:
“Birincisi, Szinpin deyib ki, ABŞ-la Çin dünyada sabitlik və barış üçün birgə məsuliyyət daşımalıdırlar. Bu zaman Çin lideri Rusiyanın adını çəkməyib. Bu, Çin liderinin Moskvaya mesajıdır. İqtisadi baxımdan ABŞ və Çin dünyanın iki aparıcı dövlətidir. Rusiyanın geosiyasi və hərbi ambisiyalarına baxmayaraq, iqtisadi göstəricilərinə görə siyahıda geridədir.
İkincisi, Szinpin iki böyük dövlət – ABŞ-la Çin arasındakı münasibətlərin normal olmadığını Baydenin diqqətinə çatdırıb. Çin liderinin sözlərinə görə, bu münasibətlər keçmiş prezident Donald Trampın vaxtında pozulub. Bayden Trampın rəqibi və kəskin tənqidçisi olsa da, faktiki olaraq sələfinin Çinlə bağlı xarici siyasətini davam etdirir ki, bu da Pekinin narazılığına səbəb olur. Çinin artan hərbi gücü və Tayvanı ələ keçirmək istəyi Vaşinqtonu ciddi narahat edir. Ona görə də Szinpinin arzusuna baxmayaraq, yaxın illərdə iki ölkə arasında münasibətlərin normallaşacağını gözləmək çətindir.
Üçüncüsü, Szinpin Ukrayna böhranın həlli üçün çıxış yolu göstərib: “ABŞ və NATO Rusiyanın təhlükəsizlik narahatlıqlarını ortadan qaldırmaq üçün Moskva ilə dialoq qurmalıdır”. Çin lideri Ukrayna böhranıbı Rusiyanın beynəlxalq təhlükəsizlik sistemindən kənarda qalmasıyla izah edib.
Göründüyü kimi, Çin lideri telefon söhbətində Baydenə dərs keçməyə çalışıb. Ancaq Vaşinqton üçün bunun mənası yoxdur. ABŞ və NATO üçün geriyə dönüş mümkün deyil. Rusiya qırmızı çizgiləri aşıb və Ukraynada işğalçı müharibədən sonra Qərb Rusiyanın hazırki hakimiyyəti ilə birgə ortaq təhlükəsizlik sistemi formalaşdırmayacaq”.шаблоны для dle 11.2

Xəbər lenti
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024