Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-11-2020, 11:42)
Seçkilərdən sonra Tiflis Bakıya münasibətdə hansı yolu tutacaq? - GƏLİŞMƏ

 "Qarabağ müharibəsinin uğurlarından sonra bir çox güc mərkəzləri ölkəmizlə hesablaşacaq ki, Gürcüstan da o sıradadır”.

Bu sözləri "Mediatv.az"-a açıqlamasında Gürcüstandakı seçkilərdən sonra iqtidarda qalan hökumətlə Azərbaycan arasında münasibətlərin hansı istiqamətdə cərəyan edə biləcəyinə toxunarkən politoloq Natiq Miri deyib.

Politoloqun sözlərinə görə, Bakı ilə münasibətlərin normal olması Gürcüstana bir çox üstünlüklər verir:

"Tiflislə Bakı arasında münasibətlərdə Gürcüstanda baş tutan seçkilərdən sonra da ciddi dəyişiklik olmayacaq. Çünki Tiflisin Bakıya, eyni zamanda, Türkiyə-Azərbaycan-Gürcüstan üçlük formatında regional təhlükəsizliyə ehtiyacı var. Azərbaycanla münasibətlərin normal olması Gürcüstana sözün əsl mənasında bir çox üstünlüklər verir. O baxımdan düşünürəm ki, münasibətlər seçkilərdən əvvəl necə olmuşdusa, eyni qaydada davam edəcək”.

Bununla belə, həmsöhbətimiz bir sıra hallarda iki qonşu ölkə arasında müəyyən problemlərin yarana biləcəyini də istisna etmir:

"Unutmayaq ki, Gürcüstanın başının üstündə kriminal aləm və Moskva ilə əlaqələrə malik İvanaşvili kölgəsi qalmaqdadır. Ona görə də zaman-zaman müəyyən problemlərin yarana biləcəyi ehtimalı yenə də mövcuddur. Bütün hallarda Tiflis Azərbaycanla bütün məsələlərdə razılaşmalı və müsbət münasibətlərdə olmalıdır”.

Münasibətlərin gələcəyinə gəldikdə, politoloq dedi ki, Azərbaycanın Qarabağda qələbəsi fonunda Tiflis də digərləri kimi ölkəmizlə ciddi şəkildə hesablaşmalı olacaq:

"Bu münasibətlərin perspektivinə gəldikdə, Qarabağdakı hərbi uğurlardan sonra Azərbaycanın beynəlxalq nüfuzu xeyli dərəcədə artacaq ki, bu nüfuzdan Gürcüstandakı hakimiyyət də öz nəsibini alacaq. Mövcud sərhəd problemlərinin çözümü məsələsində də Gürcüstan anlayacaq ki, Azərbaycanla zarafat etmək mümkün deyil”.шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024