Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-01-2022, 12:37)
Rusiya-NATO qarşıdurması- NƏ BAŞ VERİR?

 NATO ölkələri yanvarın 24-dən fevralın 4-dək “Neptun Strike 22” adlı irimiqyaslı dəniz təlimləri keçirəcək.

Bu barədə cümə günü ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.

Kirbinin sözlərinə görə, hərbi-dəniz aviasiya, gəmilər, sualtı qayıqların qatılacağı manevrlər NATO-nun dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulub.

Pentaqon sözçüsü ABŞ-ın təlimlərdə “Harry Truman” təyyarədaşıyan döyüş qrupu ilə təmsil olunacağını deyib:

“2020-ci ildə planlaşdırılan sözügedən təlim xüsusilə Aralıq dənizində keçiriləcək”.

Pentaqonun sözçüsü əlavə edib ki, Ukrayna ətrafında baş verən son hadisələrlə əlaqədar təlimin ssenarisində hər hansı dəyişiklikdən xəbərsizdir.

Hazırdı Rusiya-ABŞ münasibətlərindəki gərginlik fonunda NATO-nun belə bir hərbi təlim keçirməsi prossləri daha da gərginləşdirə bilərmi? Dənizdə Rusiya-NATO qarşıdurması mümkündür? Bu təlimdir, yoxsa güc nümayişi? DİA.AZ-ın məlumatına görə, beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında deyib ki, təkcə Aralıq dənizi deyil, eyni zamanda Baltik dənizində, Qara dənizdə və Şimal dənizində qarşılıqlı hərbi təlimlər keçirilir:

“Hesab edirəm ki, tərəflərin bir-biri ilə müharibə etmək ehtimalı günü-gündən çoxalır. Şübhəsiz ki, ölü bir nöqtədə, xüsusilə də Ukraynada bu qüvvələrin toqquşması gözləniləndir. Amma cəbhənin genişlənməsi də mümkündür. Görünən odur ki, Rusiya indiki halda toqquşmalardan çəkinir, müharibəni başlayan tərəf olmaq istəmir. Çünki hazırda NATO və ABŞ tərəfindən verilən açıqlamalarda Rusiyanı müharibəyə başlamağa sövq etmək cəhdi görünür.

Məsələn, Rusiya müharibəyə başlayacaq yöndə açıqlamalar verilir. ABŞ, İsrail vətəndaşlarının təxliyəsi aparılır. Ölkədə xarici səfirliklər bağlanır. Hətta ABŞ tərəfindən dəqiq vaxtlar deməyə başlayır ki, Rusiya bu tarixlərdə əməliyyata başlayacaq. Bununla yanaşı, NATO rəhbərliyi Ukrayna və Gürcüstanı Alyansa üzv edəcəklərini açıqlayır. Bu məsələ isə Rusiyanın “qırmızı xətt”idir. Qərb hücumda oynayaraq Rusiyanı hücum etməyə məcbur qoyur. Burada əsas məqsəd Rusiya sərhəddi boyu lokal münaqişələr yaradaraq onun resursunu parçalamaqdır. Buna paralel olaraq isə maddi, siyasi böhran yaratmaqla Rusiyanı təslim etməyə çalışırlar”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024