Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-12-2021, 15:09)
Türkiyə uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirdi

Türkiyə uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirdi

Türkiyədə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemi olan HİSAR O+ sınaqdan keçirilib.

Mediatv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir Tvitterdə məlumat verib. "Milli hava hücumundan müdafiə raket sistemimiz HİSAR O+ inventara girməzdən əvvəl son qəbul atışında yüksək hündürlükdə yüksək sürətli hədəfi məhv etdi. HİSAR O+ hazırda bütün elementləri ilə tam gücü ilə işləyir. Şanlı ordumuza uğurlar arzu edirik", - İ.Demir deyib.
Bildirilib ki, sınaq atışları ilə davam edən uzun mənzilli hava hücumundan müdafiə sisteminin 2023-cü ildə istifadəyə hazır olması gözlənilir.
Qeyd edək ki, HİSAR O+ Prezident Administrasiyası yanında Müdafiə Sənayesi layihəsi olaraq Aselsan-Roketsan ilə əməkdaşlıqda yerli və milli səviyyədə hazırlanıb. Döyüş başlığı isə TÜBİTAK SAGE tərəfindən hazırlanıb. 360 dərəcə effektivliyə malik olan sistem eyni anda ən azı 9 hədəfi vura və atəşə tuta bilir. HİSAR O+ sisteminin qarşısının alınması məsafəsi 25 km-ə çatır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025