Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-12-2021, 20:15)
Belarusun Londondakı səfirliyinə hücum edildi, yaralılar var


Belarusun Londondakı səfirliyinə hücum edildi, yaralılar var


Belarusun Londondakı səfirliyinə hücum edilib.

“Mediatv.az” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə dekabrın 19-da axşam saatlarında baş verib. Əvvəlcə naməlum şəxslər diplomatik nümayəndəliyin binasının fasadını korlayıblar, bundan sonra Belarus diplomatlarına fiziki hücum ediblər.


“Onlardan biri ağır xəsarət alıb və ona təcili tibbi yardım göstərilib. Səhiyyə müəssisəsində burun sınığı, yüngül beyin silkələnməsi və dişinin travmatik sınığı diaqnozu qoyulub”, - nazirlikdən bildirilib.

Hüquq-mühafizə orqanları gələndə hücum edənlər gizlənməyə çalışıblar. Bir neçə nəfər diplomatik polis tərəfindən saxlanılıb. Müəyyən edilib ki, radikallar, ehtimal ki, mühacirətdə olan “Nadzeya” qruplaşmasının üzvüdür.

Hadisədən sonra Böyük Britaniyanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb. Belarus tərəfi ona etiraz edərək, hücumun hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025