Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-12-2021, 20:00)
“ABŞ və NATO təhlükəsizlik təkliflərinə konkret cavab verməyib” - Kreml


“ABŞ və NATO təhlükəsizlik təkliflərinə konkret cavab verməyib”


Rusiya ABŞ və NATO-ya müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təqdim etdikləri təkliflərə hələlik konkret cavab almayıb.

“Mediatv.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.


Peskov Qərb ölkələrinin sözügedən təkliflərlə bağlı məsləhətləşməyə hazır olduğu iddialarını dəyərləndirib:

"Hələlik bunu qiymətləndirmək tezdir. Müxtəlif mənbələrə əsaslanan xəbərlərdə məsləhətləşməyə hazır olduğumuza dair açıqlamalar eşitmişik”.

Sərhədə silahların yerləşdirilməsini dəyərləndirən Peskov bununla bağlı müxtəlif variantların mümkün olduğunu bildirib.

Qeyd edək ki, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov dekabrın 15-də Rusiyanın müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinin ABŞ və NATO-ya çatdırıldığını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi də dekabrın 17-də ABŞ və NATO üçün təklifləri özündə əks etdirən iki ayrı saziş layihəsini dərc edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025