Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-12-2021, 15:23)
Britaniya məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına icazə verdi

Britaniya məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına icazə verdi

İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi “WikiLeaks”in təsisçisi Culian Assancın ABŞ-a ekstradisiyasına icazə verib.

Mediatv.az “TASS”a istinadən xəbər verir ki, indi iş birinci instansiya məhkəməsinə - Vestminster Magistrat Məhkəməsinə qaytarılacaq. Sözügedən məhkəmə isə əvvəllər 50 yaşlı avstraliyalının intihar riski səbəbindən ABŞ-a ekstradisiya oluna bilməyəcəyinə dair qərar vermişdi. 

Xatırladaq ki, J. Assanc 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. Həmin ildə İsveç hökuməti onu beynəlxalq axtarışa vermiş, sözügedən şəxs Londonda saxlanılmış, lakin daha sonra girov müqabilində azad edilmişdi.


O, 2012-ci ildən Ekvadorun İngiltərədəki səfirliyində gizlənirdi. 2018-ci ildə “WikiLeaks”in banisinə Ekvador vətəndaşlığı verilib. Son 7 ili jurnalist səfirliyin ərazisindən çıxmadan yaşayıb. Assanc 2019-cu ildə Londonda Ekvador səfirliyində həbs olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025