Hindistanın Baş Qərargah rəisi general Bipin Ravatı daşıyan hərbi helikopterin qəzaya uğradığı açıqlanıb.

"Mediatv.az" xəbər verir  ki, hadisə Tamil Nadu əyalətində baş verib.  

Hindistanın dövlət televiziyası Prasar Bharati yerli sakinlərin alov içində olan helikopteri söndürməyə çalışdığını və yaralıların olduğunu bildirib. Hələlik ölənlər barəsində  məlumat yoxdur. 

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.