Rusiya Müdafiə Nazirliyinin Nijeqorod vilayətinn Dzerjinski şəhərində yerləşən Y.M.Sverdlov adına hərbi zavodunda partlayış olub.

Mediatv.az TASS-a istinadən xəbər verir ki, məlumatı nazirlik yayıb.

Hadisə partlayıcı istehsal edən sexdə qeydə alınıb. Nəticədə 3 nəfər yaralanıb. Yaralılar hospitala yerləşdirilib.

Partlayışdan sonra yanğın başlayıb.

Hadisə yerində yanğınsöndürənlər cəlb olunub.

Rusiya fövqəladə hallar naziri səlahiyyətlərini icra edən Alkesandr Çupriyanov Dzerjinskə gedib.

Hadisənin səbəbi araşdırılır.