Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-10-2021, 15:12)
Türkiyə MN-dən birgə təlimlərlə bağlı - Açıqlama

Türkiyə MN-dən birgə təlimlərlə bağlı

“Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətlərinə, eləcə də, modernizasiya və təlim fəaliyyətlərinə dəstək verməyə davam edir”.

Mediatv.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin brifinqində bildirilib.

“Türkiyə və Azərbaycan arasında birgə əməkdaşlığın təmin edilməsi, təlim planlaşdırılması, idarəsi və icra əsaslarının uyğunlaşdırılması üçün “Qardaş Briqada” layihəsinə başlanılıb.


Hazırda Azərbaycan Silahlı Qüvvələri personalı ilə birlikdə Türkiyə Silahlı Qüvvələri bazasında birgə təlim və tədris fəaliyyətləri davam edir.

“Sarsılmaz Qardaşlıq-2021” təlimləri 5-8 oktyabr tarixlərində Türkiyə və Azərbaycan qüvvələrinin iştirakı ilə Naxçıvanda keçiriləcək.

Təlimin məqsədi Türkiyə və Azərbaycan quru qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir.

“İki dövlət, bir millət” anlayışı ilə kədərdə də, qürurda da bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində bugünədək olduğu kimi, bundan sonra da  bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”, - məlumatda deyilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025