Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (2-10-2021, 22:55)
Tiflisdə ehtiraslar qızışır: hər iki tərəf bayram edir...

 Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilən seçkilərdə səsvermə başa çatandan sonra maraqlı vəziyyət yaranıb.
Axar.az gürcü mediasına istinadla xəbər verir ki, MSK-dan əvvəl artıq böyük teleşirkətlər ekzit-poll nəticələrini elan ediblər.
Hökumətyönlü “İmedi” kanalı Gürcü Arzusunun proporsional seçkidə qalib gəldiyini və Tiflis meri yerini qazandığını açıqlayıb.
Müxalifətin sifarişi ilə ekzit-poll keçirən “Mtavari” və “Formula” isə müxalifətin qalib gəldiyini elan edib.
Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyası artıq öz seçicilərini təbrik edib. Eyni zamanda, Gürcüstan Baş naziri Qaribaşvili də seçicilərə Gürcü Arzusunun qalib gəlməsi münasibəti ilə təşəkkür edib.
Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya hakim partiyanın uduzduğunu, Tiflis meri uğrunda seçkilərin ikinci turunun olacağını elan edib (Gürcüstan Seçki Məcəlləsinə görə, mer seçkisində qalib gəlmək üçün 50+1 faiz səs toplanılmalıdır, əks halda ikinci tur keçirilir).
Müxalifət artıq səslərini qorumağa hazır olduğunu da elan edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025