Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-11-2020, 20:02)
Prezident Bidzina İvanişviliyə məktub ünvanladı

 Azərbaycan Prezidenti İlham Əliyev “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişviliyə məktub ünvanlayıb. 
“Mediatv.az” xəbər verir ki, məktubda deyilir:
“Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.
Sədri olduğunuz partiyanın ardıcıl olaraq üçüncü parlament seçkilərində qalib gəlməsi dost Gürcüstan xalqının həyata keçirdiyiniz siyasi kursa dəstəyini bir daha təsdiq etdi.
İnanıram ki, bu qələbəniz ölkənizin daha da çiçəklənməsinə xidmət edəcək, xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəmшаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024