Dünya (24-09-2021, 12:06)
Qarabağ müharibəsi dünyadakı reallığı dəyişdi: BMT niyə dəyişməsin?
“BMT-ni yeniləmək lazımdır”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
BMT Baş Assambleyasının sessiyasında çıxış edən dövlət başçısı hesab edir ki, təşkilatın nizamnaməsinin yenilənməsindən başlamaq lazımdır, çünki qurumun sənədləri tövsiyə xarakterli deyil, onu öz arzuna görə yerinə yetirmək olar. Onun sözlərinə görə, BMT-ni irqi ayrıseçkiliklərin olmaması üçün canlandırmaq lazımdır. Ukrayna lideri həmçinin təşkilatın dünyada sayı xeyli olan “qaynar” nöqtələrin yanında görüşlər keçirməsini təklif edib.
"Bəlkə də bu qlobal problemləri eşitdiyiniz və görə biləcəyiniz yerdə görüşməliyik. Dünyada minlərlə “qaynar nöqtələr" var. Ukrayna onların hər birinin yanında BMT-nin toplantılarına qatılmağa hazırdır", - dövlət başçısı deyib. Zelenski həmçinin çıxışında BMT-nin bugünkü işini nə edə biləcəyini unutmuş təqaüdçü qəhrəmanla müqayisə edib.
Ümumiyyətlə, BMT-nin fəaliyyəti hər zaman tənqid hədəfi olub. Azərbaycan da BMT-nin fəaliyyətsizliyindən əziyyət çəkən ölkələrdəndir. 30 illk erməni işğalına son qoyulmasında BMT-nin 4 qətnaməsi heç bir işə yaramadı və Azərbaycan torpaqlarını işğaldan özü azad etdi.
“Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib ki, BMT İkinci Dünya Müharibəsinin reallıqlarına uyğun şəkildə formalaşıb, amma bu gün dünyadakı reallıqlar dəyişib:
“Əslində, bunu sadəcə Zelenski demir. Artıq uzun illərdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya 5-dən ibarət deyil” mesajını verir. Məlum olduğu kimi, Azərbayan Respublikasının Prezidenti İlham Əliyev də həm BMT-nin müvafiq sessiyalarında, həm də ayrı-ayrı toplantılarda dəfələrlə qurumun yenidən formalaşmasına ehtiyac olduğunu bildirib. Çünki BMT yarandığı dövrdən uzun müddət keçib. Artıq həm regional, həm də qlobal güc mərkəzlərinin sayı artıb. Dünyada ədalətin və haqq-hüququn təmin edilməsi prosesində sadəcə 5 ölkənin iradəsini nəzərə almaqla qərarların qəbulu əadalətin bərqarar olmasına əngəl olur. Xüsusilə “soyuq müharibə”dən sonra dünyada baş verən proseslər bunu sübut edir.
Həmçinin, 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal altında qalması və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra olunmaması artıq bu qurumun işlək olmadığını, öz prinsiplərinə əməl etmədiyini göstərir. Həmçinin Krım Rusiya tərəfindən ihlaq edilib və Ukrayna ərazisindəki bir neçə separatçı bölgəyə Rusiya tərəfindən açıq dəstək verilir. Lakin Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğu üçün veto hüququna malikdir. Bu isə hüquqi mexanizmlərin işə düşməsinə maneə yaradır. Bu problemlər başqa ölkələrə münasibətdə də, özünü biruzə verir. Bu cəhətdən də Zelenskinin fikirləri reallığı əks etdirir”.
Politoloq bildirib ki, Təhlükəsizlik Şurasının üzvlərinin 5-dən ibarət olması absurd iddiadır: “5 ölkə dünyanın bütün dövlətləri üçün qərar verə bilməz. Mövcud mexanizmlər isə BMT-də kiçik reformlar belə aparmağa imkan vermir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025

























