Dünya (17-09-2021, 17:55)
Hadrut erməniləri Araik Arutunyandan ŞİKAYƏTLƏNDİ
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə məskunlaşdırılmış ermənilər Yerevanda aksiya keçirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsasən Şuşa, Kəlbəcər və Hadrutdan olan ermənilər kompensasiya ala bilmədiklərini və onlara mənzil verilməməsindən şikayətləniblər.
Bundan başqa, sakinlər Dağlıq Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsində sosial ədalətsizliyin hökm sürməsindən gileyləniblər.
“Qarabağda bu gün korrupsiya geniş vüsət alıb. Ermənistan hakimiyyətindən Araik Arutunyana nəzarət etməyi xahiş edirik. Ermənistan hökuməti Qarabağda mülkünü itirən sakinlərə kompensasiya ödməyə qərar verdi. Çünki Araz çayından Kəlbəcərə qədər bütün zavodlar, elektrostansiyalar, əkin sahələri və bağlar Araik Arutunyana məxsus idi. Onlar kənd təsərrüfatı texnikasına görə, kompensasiya ödədiklərini deyirlər amma kimə ödədiklərini söyləmirlər”- deyə Hadrut sakini hökumət binası qarşısında aksiya zamanı deyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025























