Dünya (6-09-2021, 12:02)
Uzaq Şərq oyunu: Moskvadan Yaponiyaya həmlə
II Dünya müharibəsindəkı yapon militaristlərinin vəhşilikləri haqqında indiki və gələcək nəsillərin xatırlaması çox vacibdir.Mediatv.az xəbər verir ki, bunu “Xabarovsk prosesi: Tarixi dərslər və müasir çağırışlar” elmi praktiki forumunun iştirakçılarına müraciətində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O bunu unutmağa rusiyalıların mənəvi haqqının olmadığını bildirib.
Qeyd edək ki, forum bu gündən işə başlayıb. O, 1949-cu ildə II Dünya Müharibəsinə hüquqi nöqtə qoyan Xabarovsk prosesinə həsr edilib. Belə ki, bu tarixdə bakterioloji silah yaratmaqda ittiham edilən yapon hərbçilərlə bağlı hərbi tribunal keçirilib.
Maraqlı məqam Rusiyada bu forumun Yaponiya ilə münasibətlərin gərginləşdiyi zamana təsadüf etməsidir. Belə ki, Kuril adaları məsələsində Tokioya güzəştə getməyəcəyini rəsmən açıqlayan Moskva bundan sonra Yaponiyanın narazılığına səbəb olan bir sıra həmlələr edib. Bunlar sırasında xüsusilə Uzaq Şərqin inkişafı, Kuril adalarında bəzi iqtisadi güzəştlər və müdafiə imkanlarının artırılması kimi məsələlər yer alıb. Bu isə öz növbəsində Yaponiya ictimaiyyətində narazılıq yaradıb və Suqa hökumətindən Moskvaya qarşı mülayim siyasətdən imtina edilməsi tələbləri səslənməyə başlayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025























