Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-01-2021, 18:03)
Bayden bu sahədə Obamanın heyəti ilə işləyəcək

 ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden Milli Təhlükəsizlik sahəsində sabiq Prezident Barak Obamanın heyəti ilə işləməyi planlaşdırır.
“Mediatv.az” xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat yayıb.
20 yanvarda prezident vəzifəsinin icrasına başlayacaq olan Co Bayden Obamanın dövründə fəaliyyət göstərmiş Ceyk Sallivanı milli təhlükəsizlik məsələləri üzrə müşavir təyin etməyi planlaşdırır.
Bununla yanaşı nəşr qeyd edib ki, Baydenin keçmiş dövlət katibi Con Kerrinin şəxsi katibi Con Fayneri milli təhlükəsizlik müşavirinin müavini və İranın nüvə danışıqlarını aparan Uendi Şermanı isə xarici işlər nazirinin müavini təyin etməsi gözlənilir.
Şermanın bu vəzifəyə təyin olunacağı təqdirdə, ABŞ-ın İranla nüvə sazişinə qayıtmasında mühüm rol oynayacağı qeyd olunur.
Rusiyaya qarşı sərt bir mövqe sərgiləməsi gözlənilən Baydenin, Viktoria Nulandı siyasi məsləhətçi vəzifəsinə təyin edəcəyi ehtimal olunur. Belə ki, Nuland Rusiya Prezidenti Vladimir Putini sərt şəkildə tənqid edən bir şəxs kimi tanınır.
Obamanın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi təmsilçisi olmuş Brett MakQarkın isə Baydenin prezidentliyi dövründə Orta Şərq və Şimali Afrika əlaqələrinə rəhbərlik edəcəyi təxmin edilir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024