Mediatv.az xəbər verir ki, İran İnsan Haqları Aktivistləri Agentliyi (Hrana) Məşhəd şəhərindəki Vekilabad Həbsxanasında Hamid Rastbala, Kebir Saadet Cihani və Muhammed Ali Arayeş adlı 3 məhkumun edam edildiyini açıqlayıb.  

Qeyd edək ki, məhbuslar  İranın Sünnə Milli Həmrəylik Cəbhəsinə üzvlüyünə görə "dövlətə qarşı silahlı üsyan" ittihamı ilə mühakimə olunub. 2020-ci ilin avqust ayında Məşhəd İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.